Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

12 İyul 2018 - 22:56

“Neftçi” Macarıstanın “Uypeşt”i komandasını məğlub etdi –Avropa Liqası

“Neftçi” klubu Avropa Liqasında mübarizəyə qələbə ilə başlayıb.

“Ağ-qaralar” I təsnifat mərhələsinin evdə keçirdikləri ilk matçında Macarıstan “Uypeşt”ini üstələyiblər.

Oyunda hesabı 8-ci dəqiqədə Daniel Naginin qolu ilə qonaqlar açıb. Ancaq Baqali Dabo 24 və 71-ci dəqiqələrdə fərqlənməklə, “Neftçi”ni önə keçirib.

Emin Mahmudov isə 90+2-ci dəqiqədə son nöqtəni qoyub – 3:1.

Qeyd edək ki, Avropa Liqasının bu gün keçirilən digər matçlarında Azərbaycan təmsilçiləri “Qəbələ” və “Keşlə” uduzub. “Qırmızı-qaralar” öz meydanında Lüksemburq “Proqres”inə yenilib – 0:2. Keşləlilər isə Maltada “Baltsam”a 1:4 hesabı ilə məğlub olub.

I təsnifat mərhələsinin cavab oyunları iyulun 19-da keçiriləcək/Report.