XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

26 Aprel 2019 - 20:54

Şri-Lankada daha 3 partlayış baş verib

Şri-Lankanın şərqində Kalmunay şəhərində 3 partlayış baş verib.

ONA-nın xəbərinə görə, bu barədə “News1st” nəşri ordu nümayəndəsinə istinadən yazıb. İnsidentin təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, aprelin 21-də Şri-Lankada 8 partlayış baş verib. Nəticədə 250-260 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı deyilir. Ölənlər arasında 40-a yaxın xarici ölkə vətəndaşı var. Terror aktı xüsusilə kilsə və otellərdə törədilib. Parlayışlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.