Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Aprel 2018
BE ÇA Ç CA C Ş B
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  



XƏBƏR LENTİ

25 Aprel 2018
24 Aprel 2018

11 Yanvar 2017 - 20:05

“Manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq” –Vüqar Bayramov

Vüqar

"Mərkəzi Bankın valyuta satışı zaman müəyyənləşdirilmiş 4 faizlik marjı ləğv etməyə hazırlaşıdığı bildirilir. Bu, baş verəcəyi halda, Azərbaycanda liberal üzən məzənnəyə keçiləcək". 

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ancaq Mərkəzi Bank bunu cari tələbi ödəmədən həyata keçirərsə, hətta Neft Fondunun baş banka bu ilki 7.5 milyard manatlıq transferlərinə baxmayaraq, manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq:

"Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunması güman edilirdi. Amma belə görsənir ki, bu daha tez baş verə bilər. Amma Mərkəzi Bankın qısa zamanda liberal məzənnəyə keçidi heç də arzuolunan deyil. Təəssüf ki, ötən 2 il yarım müddətdə milli valyutamız liberal məzənnə rejiminə hazırlaşdırılmadı. Liberal məzənnəyə keçid yaxın zamanlarda baş verərsə o zaman dolların yenidən bahalaşmasını müşahidə edəcəyik".