Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Ramil Quliyev iddialara cavab verdi:"Bu uğuru Azərbaycanda qazanmağım mümkün deyildi"
  • " width="300" height="266" />
    Fransa səfiri xanım Orelia Buşez:“Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına dəstək göstərməyə hazırdır” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Gülər Əhmədova:“İnsan özü ilə xoşbəxt deyilsə, heç kimlə də xoşbəxt olmayacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Qarabağın 18-ci əsrədək olan etnik tərkibi və əhali sayı barədə dəqiq məlumatlar yoxdur” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    50 yaşlı Elçin Mirzəbəyli:“Mənim kimi adamlar, adətən, ayaq üstə ölürlər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qəzada ölən 74 yaşlı kişinin oğlu:"Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib"
  • " width="300" height="266" />
    “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar…” –Qəzada ölən gəncin anasından fəryadlı açıqlamalar
  • " width="300" height="266" />
    Sürət Hüseynov adının qəsdən gündəmə gətirildiyini açıqladı:"Bütün bunları Sinan edib" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni politoloqdan xoflu bəyanat:“Türkiyə S-400-ü Naxçıvanda yerləşdirsə, Azərbaycan İrəvanı və bütün Ararat vadisini təhdid etməyə başlayacaq"
  • " width="300" height="266" />
    Məşhur alman politoloqu:“Amerika Rusiyaya iqtisadi müharibə elan edib, Avropa isə bunun girovuna çevrilib” – Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO
  • " width="300" height="266" />
    Azərbaycanın Rusiyadakı keçmiş səfirindən maraqlı açıqlamalar:“İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır”-VİDEO
  • " width="300" height="266" />
    “Qaynar Qazan”da Elşad Musayev:"Vahid namizəd kənardan gətirilə bilər" (VİDEO)
  • " width="300" height="266" />
    İsa Qəmbər bəzi sirlər açdı:"Qurban Məmmədovun baş prokuror olmasını Elçibəy məsləhət bilmədi"-VİDEO
  • " width="300" height="266" />
    İsa Qəmbər 24 il əvvəlki həbsindən danışdı:"...onda bildim ki, məni həbs edəcəklər"-VİDEO
  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO

Qapalı Mövzu

  • " width="300" height="266" />
    “Eldar Mahmudov bura gəlsin, dindirilsin” –Generalların məhkəməsində sensasion faktlar açıqlandı
  • " width="300" height="266" />
    “O ev mənə yox, bacıma məxsus olub” –Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verdi
  • " width="300" height="266" />
    “Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar var, niyə cinayət işi açmırsız?” –Çovdarovdan ilginc açıqlamalar
  • " width="300" height="266" />
    Baş mühasib 567 min, aparat rəhbəri 2 milyon ödədi… –Həbsdəki rabitəçilərdən yeni xəbər
  • " width="300" height="266" />
    “Onların Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim və…” –Generalın “Vosmoy bazarı” üzrə ifadəsi
  • " width="300" height="266" />
    General məhkəməyə gəldi, jurnalistlərin sualından yayındı –VİDEO, FOTOLAR
  • " width="300" height="266" />
    General Hilal Əsədovun arvadı Çovdarovun məhkəməsində ifadə verdi:“Atam bazarı mənə bağışladı”
  • " width="300" height="266" />
    “Məni şəhərə gətirib Əli Abbasovla üzləşdirdilər…” –Rabitəçilərdən şok ifadələr
  • " width="300" height="266" />
    Eldar Mahmudovun dəstəsi MTN polkovnikini niyə intihara sövq edib? –Kərəm Həsənovun adı keçən işdə heyrətamiz faktlar üzə çıxır
  • " width="300" height="266" />
    MTN-in Antiterror Mərkəzinin agentura şəbəkəsinə xərclədiyipulun məbləği açıqlanıb


Vəkil Bürosu

Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

18 Avqust 2017
17 Avqust 2017

08 May 2017 - 23:39

“Elçin Quliyev general adına ləkə olub” –Elçin Quliyev məhkəmədə Qurana and içməkdən yayındı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edib.

Strateq.az Lent.az-a istinadən xəbər verir ki,  Bakı Hərbi Məhkəməsində  hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş  şəxs qismində Maqsud Mahmudov ifadə verib.

O, məhkəmədə qeyd edib ki, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşı Azər Mehdiyev ona zəng vurub və nazirliyə çağırıb: "Azər Mehdiyev məni qəbul etdi. O, məni  terrorçu adlandırdı. Bundan sonra 10 gündür telefon zənglərim və mesajlarımın onlar tərəfindən izlənildiyini bildirdi. Dedi ki, mən mütəmadi olaraq Ukraynaya getmişəm. Orada bir qadın və Bakı şəhərində də zərgər işləyən qızla görüşdüyümü dedi. O, həmin qızın ərinin həbsdən yeni çıxdığını mənə bildirdi".

Maqsud Mahmudov bildirib ki, ondan əvvəlcə 250 min dollar tələb olunub: "Pulu vermədiyim halda qadınla görüşdüyümü həm öz həyat yoldaşıma, həm də həmin qadının həbsdən çıxan həyat yoldaşına deyəcəklərini bildirdi. Bu məbləği onlara verməyə imkanım olmadığını bildirdim. Pulu hissə-hissə düzəldərək Azər Mehdiyevə verdim".

Prosesdə Maqsud Mahmudovla Elçin Quliyevin arasında mübahisə yaranıb.

Elçin Quliyev bildirib ki, zərərçəkmişi casusluqla bağlı MTN-ə çağırıblar: "Maqsud Mahmudov Ukraynada Maydan hadisələri zamanı Azərbaycan bayrağını yuxarı qaldırıb. Bu da bizim diqqətimizi cəlb etmişdi. Zərərçəkmişin ondan pul almağımızla bağlı dedikləri həqiqət deyil".

Bu zaman zərərçəkmiş Qurani-Kərim kitabını çıxarıb və general Elçin Quliyevdən and içməsini istəyib.

Elçin Quliyev zərərçəkmişin and içməklə bağlı tələbini yerinə yetirməyib və yeni açıqlama verib: "Maqsud Mahmudovun MTN-ə çağırılması ilə bağlı nazir Eldar Mahmudovun xəbəri və göstərişi olub. Mən burada yuxarı vəzifəli şəxs olmuşam, mənə çıxmaq üçün aşağı vəzifəli şəxslər olub. Onların da bura gəlməsini istəyirəm".

Bu zaman Maqsud Mahmudov ona cavab verib. "Rəhmətlik İlqar Əliyev deyib ki, məndən alınan pulun 70 min manatı Eldar Mahmudova çatdırılıb. Elçin Quliyev bu gün burada bunu dolayısı yolla təsdiqləyir. Mənim 120 min manatdan əlavə 1 milyon 200 min manatımı alıblar".

Elçin Quliyev bu iddialara cavab verə bilməyib. Elçin Quliyev Maqsud Mahmudovu şantajçı adlandırıb. Zərərçəkmiş də onu "baş şantajçı” adlandırıb: "Burada özünü müdafiə edir. Amma illərdir, kimlərisə videoçəkilişlə şantaj etməklə məşğul olublar. Bizim çox yaxşı generallarımız var. Elçin Quliyev general olsa da, bu ada ləkə olub".

Daha sonra Sahib Qurbanov bildirib ki, ondan hədə-qorxu yolu ilə pul tələb olunub. Elçin Quliyev zərərçəkmiş Sahib Qurbanovun da yalan danışdığını deyib.

Qarşılıqlı ittihamlar səslənən zamam Sahib Qurbanov deyib ki, ona qarşı edilən qanunsuzluqlarda Heydər İslamov və Ayaz Gərayzadə də iştirak edib. 

Prosesdə Xəzər rayon icra hakimiyyəti başçısının müavini olmuş Heydər Ələkbərov da ifadə verib.

Məhkəmə iclası mayın 18-də davam edəcək.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN hadisələri başlayan zaman onu akademiyaya göndəribləır. Daha sora cinayət işi üzrə həbs edilib.