Gündəm

  • " width="300" height="266" />
    Bakı şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi:"Bu il 228 nəfərdən ibarət 99 qrup zərərsizləşdirilib, 223  bağlı cinayət açılıb..."
  • " width="300" height="266" />
    İraq Ali Məhkəməsi Bərzaninin müavini haqda həbs qərarı çıxardı –O, görüldüyü yerdə tutulacaq
  • " width="300" height="266" />
    MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları 25 sənəd imzaladı –Bakıda
  • " width="300" height="266" />
    “Gözləmədiyi bir vaxtda ABŞ-a ağlasığmaz zərbə endirəcəyik” –Rəsmi Pxenyandan açıq təhdid
  • " width="300" height="266" />
    Prezidentin köməkçisindən etiraz:"Azərbaycan komandasını bir neçə dəfə açıq-aydın cəzalandırdılar" 
  • " width="300" height="266" />
    Rus şirkəti kürdlərlə yeni saziş imzaladı –Bərzani hökumətinə 400 milyon dollar ödəniləcək
  • " width="300" height="266" />
    Heydər əl İbadidən “Haşdi Şabi”yə sərt mesaj:"Bütün etnik və dini qruparın ev və digər mülkləri qorunacaq"
  • " width="300" height="266" />
    “İndependent” qəzeti Kərkük əməliyyatı haqda:"Bu, kürdlərin tarixində ən böyük fəlakəti idi"
  • " width="300" height="266" />
    Bərzani məğlubiyyətin səbəbini açıqladı:"Qazandıqlarımızı qoruyacağıq"
  • " width="300" height="266" />
    “Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarıldı –Sərəncam

Müsahibə

  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  
  • " width="300" height="266" />
    Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov:"İctimaiyyətə "Lavrov planı"nın mahiyyəti tam açıqlanmalıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    KOREYA LİDERİ: “MƏN TERRORA İNANIRAM, İNTİHARA YOX” –"Washington Post"da xəyali müsahibə
  • " width="300" height="266" />
    Rusiya eksperti Qırğızıstanda hərbi bazanın nəyə gərək olduğunu açıqladı:"Fərqanə vadisi Orta Asiyanın barıt çəlləyidir” – Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sərdar Cəlaloğludan skandal yaradacaq sözlər:"Cəfər Cabbarlının “Od gəlini” pyesi qadağan olunmalıdır"-VİİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

19 Oktyabr 2017
18 Oktyabr 2017

17 İyun 2017 - 22:03

Müasir dünyanın qaçqın dərdi:Yoxsulluğun, yoxsa böyük güclərin yaratdığı problem?

20 iyun tarixi BMT-nin Baş Məclisi tərəfindən təsdiq olunmuş Dünya Qaçqınlar Günüdür. Uzun illər ərzində müxtəlif regionlarda və dövlətlərdə məskunlaşmış qaçqınlar özlərinə məxsus şəkildə qaçqınlara həsr olunmuş günü qeyd edirlər. Bu mənada bunlardan ən məşhurunu – 20 iyun Afrika qaçqınlar gününü vurğulamaq xüsusi maraq kəsb edir.

2000-ci ildə BMT Baş Məclisi Afrika qaçqınları ilə həmrəy olduqlarını ifadə edən xüsusi qətnamə qəbul edib. Həmin qətnaməyə əsasən, Baş Məclis Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyasının 50-ci ilini qeyd etdi. Eyni zamanda, Afrika Birliyi Təşkilatı Dünya Qaçqınlar Gününün Afrika qaçqınlar günü ilə eyni tarixdə qeyd edilməsi barədə razılaşdı. Beləcə, 20 iyun tarixi, artıq bütün dünyada qaçqınlara qarşı hörmətin beynəlxalq səviyyəli təzahürünə çevrildi.

Hazırda dünyada qaçqın və məcburi köçkünlərin əsas hissəsi Afrikada, Balkanlarda, Əfqanıstan münaqişə zonasında yerləşir. Son illərdə Ukraynanın şərqində baş verən silahlı münaqişələr nəticəsində Rusiyaya qaçqınların axını başlayıb. Nəticədə 700 minə yaxın qaçqın Rusiyaya axın edib. Qaçqın axını fasiləsiz olaraq Avropa ölkələrinə, ABŞ və Kanadaya doğru davam edir.

2011-ci ilin mart ayında Suriyanın cənubunda Deraa şəhərində hökumət əleyhinə etiraz aksiyalarından sonra başlayan vətəndaş müharibəsi nəticəsində milyonlarla Suriya vətəndaşının Avropa, ABŞ, Kanadaya və Türkiyəyə axını güclənib. 2016-cı ildə BMT humanitar yardıma ehtiyac olan 13.55 milyon suriyalı qaçqın müəyyənləşdirib. Bunlardan 4.8 milyonu Suriyadan kənarda yaşayan suriyalı qaçqınlarıdır.

2017-ci ilin yanvar ayında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 4.863.684 qeydiyyata alınmış suriyalı qaçqın olduğunu müəyyən edib. Türkiyə Suriya qaçqınlarını ən çox qəbul edən ölkələrdəndir. Buradakı qaçqınların sayı 2.7 milyon nəfərdir. Türkiyə, Suriya qaçqınlarına hələ də daha çox şərait yaradan ölkə sayılır. Belə ki, Rəcəb Tayyib Ərdoğan Ankaradakı çıxışında qaçqın düşərgələrində məskunlaşmış suriyalılara 8.5 mlrd. dollar xərcləndiyini bildirib.

Avrokomissiyanın qərarına görə, Latviya 776 nəfər Suriya qaçqınını qəbul etməlidir. Latviya isə qaçqınları qəbul etmək üçün onların ölkənin dili, iqlimi, mədəniyyəti, coğrafi quruluşu, ictimai nəqliyyatı, təhsil sistemi, sosial xidmətləri, məşğulluğu barədə kurs keçməli olduqlarını qeyd edib.

Eyni şəkildə qaçqın axını Belçikada da müşahidə olunur. Hər ay Yaxın Şərq və Afrikadan 4000-5000 insan bu ölkəyə daxil olur. Arxiyepiskop Mexelena Brüsselya Jozef de Kesel kilsə binalarında qaçqınların yerləşdirilməsi barədə məlumat verib. Bununla belə, ölkə rəhbərliyi hazırda 23000 qaçqının girişinə qadağa qoyub.

Suriyalıların öz doğma torpaqlarından didərgin düşməsi barəsində bir çox səbəblər göstərilir. Ortaya sual çıxır, niyə məhz Suriya qaçqınlarının yaranmasına səbəb olan vətəndaş müharibəsi başladı? Səbəblər arasında əhalinin həddindən artıq yoxsul olması qeyd edilir. Lakin nəzərə almaq lazımdır ki, Suriyada yoxsulluq səviyyəsi Afrikadakı kimi deyildi, müharibəyə qədər bu ölkədə aclıq hökm sürmürdü. Suriyada yüngül sənaye, sənətkarlıq, neft sənayesi kifayət qədər inkişaf etmişdi, xaricdə yaşayan suriyayalılar ölkənin  valyuta ehtiyacının 10 faizini qarşılayırdı.

Bəzi politoloqlar əhalinin küçələrə çıxmasının səbəbini onların azadlıq istəməsində görürlər. Dini ayrı-seçkiliyin mövcud olması da vətəndaş müharibəsinin yaranma səbəbi kimi qeyd edilir. Belə ki, ölkə əhalisnin 2/3 sunnidir, 10 faizi isə xristian və digər dinlərə sitayiş edir. Ölkə əhalisinin 12 faizini təşkil edən şiələr hakimiyyəti idarə edir.

Ölkə əhalisinin köç etməsinə səbəb olan faktorlardan biri kimi, terrorizm də misal göstərilir. Dünyanın müxtəlif yerlərindən gələn terroristlər burda cəmləşiblər. Onlar arasında avropalılar, liviyalılar, qafqazlılar, Orta Asiyadan gəlmələr var. Həmçinin Suriyada sabitliyin pozulmasına təsir edən ən əsas səbəb kimi neft faktorunu irəli sürənlər də var. Konkret Suriyaya gəldikdə isə burada hər kəs əmindir ki, müharibəyə səbəb bəzi xarici böyük güclərin maraqlarıdır. Bir sıra siyasi ekspertlərin fikrincə, regionu əhatə edən bu münaqişə, əsasən, Moskva və Vaşinqton arasında gedir. Bu dövlətlərdən hansı qalib gəlsə, təbii ki, Yaxın Şərqə o nəzarət edəcək. Beləliklə, iqtisadi maraqlar zəmini ehtiva edən müharibə Suriyanın yerli əhalisinin kütləvi köçünə səbəb olur. Nəticədə Suriya qaçqınlarının dünyada məskunlaşması beynəlxalq ictimaiyyətin əsas problemlərindən birinə çevrilib.

Sadalanan bu faktların nəticəsidir ki, qaçqınlar məsələsi dünya ictimaiyyətinin əsas probleminə çevirilib. Beynəlxalq ictimaiyyət də, öz növbəsində, bu insanların vəziyyətini yüngülləşdirmək üçün səyləri gücləndirir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı hazırda bu problemi həll etmək üçün fəaliyyət göstərən mərkəzi beynəlxalq agentlikdir. Hər il beynəlxalq qaçqınlar günü müəyyən mövzuya həsr olunur. Müxtəlif illərdə müxtəlif şüarlar – "Real insanlar, real ehtiyaclar'', "Ümid qığılcımlarını dəstəkləyərək'' və s. kimi şüarlar səsləndirilir.

Qaçqın və məcburi köçkün problemi Azərbaycandan da yan keçməyib. 1905, 1918-1920, 1948-1953-cü illərdə Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı doğma torpaqlarından qaçmağa məcbur olub. 1988-1993-cü illərdə isə Ermənistan silahları qüvvələrinin hücumu nəticəsində həm orada, həm də Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan 1 milyondan artıq soydaşlarımız daimi yaşayış yerindən didərgin düşüb. Qaçqın və məcburi köçkün problemi 20 ildən çoxdur ki, Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra dövlət qaçqın və məcburi köçkünlərə xüsusi qayğı göstərməyə başladı. Azərbaycan hökuməti qaçqınlar və məcburi köçkünlərin problemi ilə əlaqədar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə 1992-ci ildən bəri əməkdaşlıq edir.

Cənab İlham Əliyevin isə Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olub. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənib. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülüb. Dövlət Proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılıb. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.

Birinci vitse-prezident Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı gördüyü işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Cari ilin mart ayının 9-da onun sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib. Xanım Mehriban Əliyeva müşavirədəki çıxışında vurğulayıb ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmalı olduğunu qeyd edib. Bu müşavirədən az sonra Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi.

Beləliklə, bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Sonda qeyd edək ki, 30 il əvvəl dünyada 30 milyon qaçqın və məcburi köçkün, 25 münaqişə zonası var idisə, bu gün dünyada qaçqın, məcburi köçkünlərin sayı 65 milyonu keçib və münaqişəli zonaların sayı isə 70-ə qədərdir. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları qəbul edilib, bununla belə, bəzən həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoyulmur.

Bu gün dünyadakı qaçqınların 80%-ni qadınlar və uşaqlar təşkil edir. Beynəlxalq hüquqa zidd olaraq, qaçqınların çoxu öz yurdlarına dönə bilmirlər və ya yarana biləcək çətinliklərdən dolayı, geri qayıtmaq istəmirlər. Beynəlxalq təşkilatlar mövcud problemlərin həlli istiqamətində siyasi iradə göstərə bilsələr, insanların qaçqın və məcburi köçkün olmasına səbəb olan halların aradan qaldırılmaısna çalışsalar və buna nail ola bilsələr dünyada qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yol açılar və heç bir insan öz torpağını tərk etmək məcburiyyətində qalmaz.

Zərifə Əliyeva

Newtimes.az