Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın trest müdiri ittihamlara cavab verdi:"Qarayaxanlara yalnız gördüyümüz işlərlə cavab verəcəyik..."
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İrandan yenicə dönən VİP sədri seçkilər haqda:"Opponentliyimiz onları narahat edir" - Müsahibə
  • " width="300" height="266" />
    Rövnəq Abdullayev:“Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə
  • " width="300" height="266" />
    İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə
  • " width="300" height="266" />
    PƏNAH HÜSEYN SEÇKİLƏRDƏN DANIŞDI:"İsa Qəmbər iştirak etsəydi, bu, başqa bir situasiya olardı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni siyasətçisi Aram Manukyan:“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur” – Müsahibə
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycandakı səfiri:“Bizim üçün söz azadlığı çox vacibdir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Müvəqqəti azadlığa buraxılmış dustaq jurnalist:"Əsas anamdan narahat idim..." - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

12 Sentyabr 2017 - 11:48

DTX-dən “WiFi”la bağlı tövsiyə:"Bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməlidilər"

"Azərbaycanın düşmənlə təmas xətti yaşayış məntəqələrinə yaxın məsafədə yerləşib. Bu səbəbdən ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının yerdəyişmələri, əraziyə yeni hərbi texnikaların gətirilməsi əksər hallarda yerli sakinlər tərəfindən müşahidə edilir və bununla da onlar artıq vacib informasiya daşıyıcısına çevrilirlər".

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İlqar Musayev Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda çıxışı zaman deyib.

İ.Musayev bildirib ki, bu vətəndaşların bəziləri şahidi olduqları hərbi və təhlükəsizlik tədbirləri barədə fikirlərini, yaxud çəkdikləri video və fotoşəkilləri öz yaxınları ilə sosial şəbəkələr və mobil telefon vasitəsilə bölüşürlər: “Bununla da onlar əslində düşmənə cəbhə xəttində əməliyyat şəraitini qiymətləndirməyə və ordumuza qarşı qabaqlayıcı tədbirlər görməyə şərait yarada bilən informasiyanın sızmasına səbəb olurlar. Bu cür hallar mülki əhalinin müdafiəsinin etibarlı təşkili və düşmənin təxribatlarının vaxtında qarşısının alınması üçün görülən tədbirlərə zərər vurmaqla yanaşı, döyüş bölgəsində xidmət aparan zabit və əsgərlərin həyatına ciddi təhlükə yaradır”.

DTX rəisinin müavini vurğulayıb ki, ümumiyyətlə, hər bir vətəndaş, xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrinin hər bir sakini bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməli və dövlət təhlükəsizliyinə zərər vura biləcək hər hansı məlumatların yayılmasından çəkinməlidir:

“Araşdırmalar düşmənin Azərbaycanın efir məkanında, həmçinin sosial şəbəkələrdə məlumat toplanmasına xüsusi önəm verdiyini göstərir. Bu səbəbdən vətəndaşların ayıq-sayıq olmaları, cəbhəyanı ərazilərdə yaşayan sakinlərin və xidmətdə olan hərbçilərimizin internet şəbəkələrindən, mobil texnologiyalarından diqqətlə və ehtiyatla istifadə etmələri, xüsusilə düşmən tərəfindən tətbiq edilə biləcək naməlum və açıq “WiFi” efirinə qoşulmamaları tövsiyə olunur. Biz müharibə şəraitində yaşadığımızı qətiyyən unutmamalıyıq”.