Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

03 Oktyabr 2017 - 15:19

Azadlığın məhdudlaşdırılması cəzası hansı cinayətlərə tətbiq ediləcək? –Maddələr üzrə siyahı

Azərbaycanda yeni cəza növü kimi tətbiq ediləcək azadlığın məhdudlaşdırılması cəzasının şamil olunacağı cinayət əməllərinin siyahısı açıqlanıb.

Cinayət Məcəlləsinə Azərbaycan Prezidenti tərəfindən təklif edilən son dəyişikliklərdə yer alan yeni cəza növünün şamil olunacağı maddələrdə mövcud cəzalar da qüvvədə qalacaq, yeni cəza növü isə dispozisiyasına uyğun olaraq məhkəmənin qərarı ilə təyin olunacaq.

Azadlığın məhdudlaşdırılması adlı yeni cəza növünün şamil olunacağı cinayət əməlləri aşağıdakı maddələr üzrədir:

– Maddə 85. Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri;

– Maddə 121. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi;

– Maddə 122. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə;

– Maddə 123. Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə;

– Maddə 124. Ehtiyatsızlıqdan adam öldürmə;

– Maddə 127. Qəsdən sağlamlığa az ağır zərər vurma;

– Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma;

– Maddə 129. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma;

– Maddə 130. Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma;

– Maddə 131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma;

– Maddə 133. Əzab vermə;

– Maddə 134. Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə;

– Maddə 140. İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma;

– Maddə 142. Xəstəyə kömək göstərməmə;

– Maddə 143. Təhlükədə qoyma;

– Maddə 144. Adam oğurluğu;

– Maddə 147. Böhtan;

– Maddə 156. Şəxsi həyatın toxunulmazlığını pozma;

– Maddə 157. Mənzil toxunulmazlığını pozma;

– Maddə 158. Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma;

– Maddə 160. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə;

– Maddə 162. Əmək mühafizəsi qaydalarını pozma;

– Maddə 165. Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma;

– Maddə 169. Toplantıları keçirmə qaydasını pozma;

– Maddə 177. Oğurluq;

– Maddə 178. Dələduzluq;

– Maddə 179. Mənimsəmə və ya israf etmə;

– Maddə 180. Soyğunçuluq;

– Maddə 185. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə;

– Maddə 186. Əmlakı qəsdən məhv etmə və ya zədələmə;

– Maddə 187. Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə;

– Maddə 189-1. Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması;

– Maddə 192. Qanunsuz sahibkarlıq;

– Maddə 193. Yalançı sahibkarlıq;

– Maddə 194. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə ;

– Maddə 195. Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə;

– Maddə 196. Kreditor borclarını ödəməkdən qəsdən yayınma;

– Maddə 197. Əmtəə nişanlarından qanunsuz istifadə etmə;

– Maddə 198. Bilə-bilə yalan reklam etmə;

– Maddə 200. İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma;

– Maddə 200-1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi;

– Maddə 200-2. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi;

– Maddə 203-1. Qiymətli kağızlar bazarında manipulyasiyalar;

– Maddə 204. Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma;

– Maddə 206. Qaçaqmalçılıq;

– Maddə 221. Xuliqanlıq;

– Maddə 222-1. Özbaşına tikinti işləri aparma;

– Maddə 223. Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma;

– Maddə 224-2. İxrac rejimini pozma;

– Maddə 225. Yanğın təhlükəsizliyi qaydalarını pozma;

– Maddə 228. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə;

– Maddə 230. Odlu silahı diqqətsiz saxlama;

– Maddə 231. Silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi üzrə vəzifələri lazımınca yerinə yetirməmə;

– Maddə 233. İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə;

– Maddə 236. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə;

– Maddə 237. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə;

– Maddə 239. Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma;

– Maddə 247. İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma;

– Maddə 249. Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma;

– Maddə 250. Suyu (su mənbələrini) çirkləndirmə;

– Maddə 251. Atmosferi (havanı) çirkləndirmə;

– Maddə 252. Dəniz mühitini çirkləndirmə;

– Maddə 253. Sahilyanı şelf haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozma;

– Maddə 254. Torpaqları korlama;

– Maddə 255. Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma;

– Maddə 256. Balıq və digər su bioresurslarını qanunsuz tutma;

– Maddə 258. Qanunsuz ov etmə;

– Maddə 259. Qanunsuz ağac kəsmə;

– Maddə 260. Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə;

– Maddə 261. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin mühafizə rejimini pozma;

– Maddə 264. Yol nəqliyyat hadisəsi yerindən qaçma;

– Maddə 268. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmir edilməsi zamanı təhlükəsizlik qaydalarını pozma;

– Maddə 269. Gəmi kapitanının fəlakətə uğrayanlara kömək göstərməməsi;

– Maddə 285. Məzmununda dövlət sirri olan sənədləri itirmə;

– Maddə 286. Ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olma;

– Maddə 292. Qanunsuz olaraq tutma, həbs yerində alma və ya həbsdə saxlama;

– Maddə 294. Sübutları saxtalaşdırma;

– Maddə 296. Bilə-bilə yalan xəbərçilik etmə;

– Maddə 297. Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə;

– Maddə 302. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma;

– Maddə 306. Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə;

– Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə;

– Maddə 314. Səhlənkarlıq;

– Maddə 319. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə;

– Maddə 324. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər;

– Maddə 326. Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə;

Qeyd edək ki, Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur.

Yeni maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:

– yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

– elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;

– məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

– cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

Maddəyə görə, məhkəmə məhkum üçün aşağıdakı vəzifələri müəyyən edə bilər:

– kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

– alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək.

Azadlığın məhdudlaşdırılması 6 aydan 5 ilədək hesablanacaq.

Cinayət Məcəlləsinə yeni cəza növünün yer aldığı dəyişikliklər artıq ictimai dinləmədən keçib və yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, azadlığın məhdudlaşdırılması cəza növü 2011-ci ildə ləğv edilib və o vaxta qədər tamam başqa formatda olub.

APA