Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

06 Oktyabr 2017 - 20:20

Jurnalistdən nazirə tutarlı cavab:"Birinci elə özünüzdən başlayın"

Tarixçi-alim Dilavər Əzimlinin həyat yoldaşı, tanınmış jurnalist Arzu Qazıyeva Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yerli saytların birinə verdiyi müsahibəsinə feysbukda münasibət bildirib. Jurnalist nazirin "qadınların çoxu işləmək istəmir” fikrinə sərt reaksiya verib və onu bir neçə məsələdə ittiham edib. 

Strateq.az BakuPost.az-a istinadla həmin statusu təqdim edir:

"Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müsahibəsində deyib ki, "Qadınların çoxu işləmək istəmir və bu, böyük ölçüdə milli ənənələrin xüsusiyyətindən irəli gəlir. Qadınlar açıq deyirlər ki, işləmək istəmirik, çünki ev işləri ilə məşğuluq. Və onlar kömək üçün müraciət etmirlər, iş axtarmırlar, nəticədə, onları işsiz kateqoriyasına aid etmək olmaz”.

Hörmətli nazir hansı məntiqlə belə danışır? O, özü harada yaşayır, nazir postuna necə gəlib çıxıb? O, hansı araşdırmalar, tədqiqatlar, sorğular nəticəsində belə qənaətə gəlib? Ona yüzlərlə misal göstərərəm ki, özüm başda olmaqla işləmək həvəsində və yetərincə potensialı olan qadın ona görə işləmir ki, "daydayısı”, "yuxarıdan zəng edəni”, "tapşıranı”, "sponsoru”, "hədiyyəsi” və s. və i.a. yoxdur.

Məgər nazir bilmir ki, vakant yer olsa belə, sadəcə CV vermək kifayət etmir? Təmənnasız CV-ni namizəd qapını örtüb çıxan kimi, cırıb zibil yeşiyinə vızıldadırlar. Nazir bəyəm bilmir ki, birinci mərtəbədə oturmalı olan kadrlar şöbəsi yerləşdiyi yerin ən sonuncu mərtəbəsində, əlçatmaz, ünyetməz, gözdən-könüldən uzaq yerdə oturur ki, onu elə-belə narahat edən olmasın? Lap narahat edən olsa da belə, heç nə dəyişməyəcək. İndi hansı əyyamdır ki, qadın işləmək istəməsin? Hardadır o iş ki, vakantdır və ora kefindən getmək istəyən yoxdur??? Mənə yerini göstərin, cənab nazir!!! Düz deyirsiz, işdən çox iş var, amma o işlər sadə adamlar üçün yox, sizlər, sizin uşaqlarınız, nəvələriniz, nəticələriniz, kötükcələriniz, dostlarınız, tanışlarınız, qohum-əqrəbalarınız üçündür. Təqaüd yaşına çatanda da getmirsiz. Birinci elə özünüzdən başlayın, nazir olduğunuz qurumun qapılarını açın və təmənnasız vakant elan edin. Və sonra işə qəbul üçün verilən CV-i sayın. Amma etməzsiz, çünki qaydaları özünüz yaradırsınız: süfrənizin kənarında oturanlar və süfrənizin kənarında oturmayanlar.

Süfrənin kənarında oturanların diplomunun hansı peşəni, sənəti, ixtisası göstərməsinin heç fərqi də yoxdur. Süfrənin kənarında oturmayanlarsa, təbii ki, ev işləri ilə məşğul olmağa məhkumdurlar. Başqa nə etməlidirlər ki?"