Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ JURNALİSTİKAMIZ HAQDA:“Ev iti olub, yağlanıb-piyləniblər…” - (MÜSAHİBƏ)
  • vahid_ehmedov_yeni.jpg" width="300" height="266" />
    Vahid Əhmədov:“Azərbaycanda 2018-ci ildə bu iki nəfərdən biri prezident seçiləcək” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İLYAS İSMAYILOV NƏRİMANOVUN MÜDAFİƏSİNƏ QALXDI:"Generallarımızı məhz o, ermənilərin əlindən xilas etdi..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MEHMAN ƏLİYEV HÖKUMƏTİN MEDİA SİYASƏTİNİ SƏRT TƏNQİD ETDİ:"Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib"- Müsahibə
  • " width="300" height="266" />
    Tomas de Vaal:“Qafqaz Moskvanın gündəliyində daha aşağı prioritetə keçib” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    POLİS RƏİSİ NARDARAN ƏMƏLİYYATININ DETALLARINI AÇDI:"Onların başı üzərində Azərbaycan yox, "Hizbullah"ın bayrağı dalğalanırdı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Vahid Əhmədov:"Azərbaycan üçün bu qədər nazirlik, komitə çoxdur..."
  • " width="300" height="266" />
    Keçmiş deputatdan sensasion müsahibə:"Ətrafımda olanlar mənə şər atdı, ən böyük zərbəni isə rəfiqəm vurdu..."
  • " width="300" height="266" />
    Sabiq türk kəşfiyyatçısı:"Türkiyənin artıq səhv addımlar atmağa dözümü qalmayıb..."
  • " width="300" height="266" />
    Xalq artisti Rasim Balayev:"İş yoxdur, işsizəm, sıxılıram..."

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

12 Oktyabr 2017 - 15:20

Prezident İlham Əliyev:"Azərbaycan beynəlxalq humanitar əməkdaşlıqda mühüm rol oynayır"

"Azərbaycan gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfə verməyə hazırdır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı deyib.

Strateq.az Azərtac-a isitinadən xəbər verir ki, Prezident yenidən Rusiyada, Soçidə olmağıma şad olduğunu deyib:

"Əvvəlcə demək istərdim ki, Azərbaycan ənənəvi olaraq MDB-nin işində iştirak etməyə çox böyük əhəmiyyət verir, bu təşkilatın fəal üzvüdür və əmindir ki, MDB-nin böyük gələcəyi var. Bu məkan bizə müntəzəm surətdə fikir mübadiləsi aparmaq imkanı verir.

Mən çıxışımda əsasən humanitar xarakterli məsələlərə toxunmaq istərdim. Azərbaycan beynəlxalq humanitar əməkdaşlıqda mühüm rol oynayır. Bizim ölkədə müntəzəm surətdə beynəlxalq xarakterli mühüm tədbirlər keçirilir. Onların arasında Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və artıq ənənə halı almış Bakı Beynəlxalq Humanitar Forumunu xüsusi qeyd etmək istərdim. Deyə bilərəm ki, bu Forum müəyyən mənada nadir, əsasən humanitar əməkdaşlıq, konfessiyalararası dialoq, sivilizasiyaların dialoqu ilə bağlı məsələlərə diqqət yetirən tədbirə çevrilib".

İlham Əliyev əlavə edib ki, Azərbaycanda həm də mütəmadi olaraq Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum keçirilir: "Bu Forumun gündəliyi də Bakı Humanitar Forumunun gündəliyi ilə təxminən eynidir. Beləliklə, Azərbaycan hər il bu mövzularda diskussiyalar üçün məkana çevrilir. Düşünürəm ki, multikulturalizm, konfessiyalararası dialoq ilə bağlı məsələlər üzərində diqqətin cəmləşdirilməsinə yönəlmiş səylərin birləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Həmçinin ötən il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Beləliklə, bizim ölkəmiz artıq özünü humanitar xarakterli məsələlərin müzakirəsi üzrə dünya mərkəzlərindən biri kimi tanıdıb.

Bizim indiyə qədər keçirdiyimiz və keçirməkdə olduğumuz idman tədbirlərini, xüsusən 2015-ci ildə Birinci Avropa Oyunlarını və bu il IV İslam Həmrəyliyi Oyunlarını da bu məsələlərə aid etmək olar. İştirakçı ölkələrin ümumi sayı 100-dən çox idi. 

Bu Oyunlar həm də mədəniyyətlərarası, konfessiyalararası dialoqun yaxşı formatı oldu. İki il ərzində eyni şəhərdə həm Avropa Oyunlarının, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim iradəmizi, mədəniyyətlərarası və dinlərarası dialoqa Azərbaycanın töhfəsini bir daha təsdiq edir".

Prezident bildirib ki, turizm ilə bağlı məsələlər xüsusən valyuta mədaxilləri müəyyən dərəcədə azalmış ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir: 

"Bunlar neft-qaz resurslarına malik olan ölkələrdir. Mən deyərdim ki, turizm ixracın vacib istiqamətidir və burada, bizim bu məkanda turizmin inkişafı, müəyyən birgə turizm marşrutları məsələlərinin müzakirəsi də çox böyük əhəmiyyət kəsb edir.

Qeyd etmək istədiyim sonuncu mövzu təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri ilə bağlıdır. Biz şadıq ki, Azərbaycan bu istiqamətdə də risklərin azaldılması üçün imkan yaradır.

Xüsusi qeyd etmək istərdim ki, Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin birinci görüşü Bakıda keçirilib. Biz şadıq ki, bu görüşün keçirilməsi üçün bizim ölkəmiz seçilib. Biz məkan təqdim etdik, lakin belə bir görüşün Azərbaycanda keçirilməsi faktının özü, əlbəttə, bizi sevindirir və həm də risklərin azaldılması məsələsində Azərbaycanın oynadığı rolu göstərir. Rusiyanın Baş Qərargah rəisinin və NATO-nun hərbi komandanlığının birinci görüşü də Bakıda keçirilib. Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq".