Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

23 İyul 2018
22 İyul 2018

Digər Xəbərlər

14 Noyabr 2017 - 15:06

Ermənistanda tələbələr ayağa qalxdı –Aclıq və oturaq aksiyalar böyüyür

Yerevan Dövlət Universitetinin İnformatika və tətbiqi riyaziyyat fakültələrinin tələbələri oturaq tətil keçirməyə başlayıb.

Onlar aclıq aksiyası keçirən tələbə yoldaşlarını dəstələdiklərinin bildiriblər.

İnformasiyaya əsasən, Ermənistan hakimiyyəti müstəqillik illərində təhsillə bağlı hərbi möhləti ləğv etməyə səy göstərsə də, buna nail olmayıb.

Onu da qeyd edək ki, Yerevanda bir neçə gündür etiraz aksiyası keçirən tələbələrdən 5-i acılıq aksiyasına başlayıb.

“Report” Ermənstan KİV-inə istinadən xəbər verir ki, bunu “Eləmin inkişafı naminə” təşəbbüsün koordinatoru David Petrosyan bildirib.

Aclıq aksiyası Yerevan Dövlət Universitetinin auditoriyalarından birində keçirilir.

“Biz, 5 tələbə aclıq elan edirik. Bununla da hərbi xidmətdən möhlət hüququnun ləğvinə ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qarşı mübazirəni davam etdiririk”, – o, vurğulayıb.

Qeyd edək ki, noyabrın 7-dən Yerevan Dövlət Universitetinin tələbləri tətil elan ediblər və etiraz aksiyası keçirirlər. Noyabrın 13-də etiraz aksiyası yenidən bərpa olunub.