XƏBƏR LENTİ

13 Dekabr 2018
12 Dekabr 2018

Digər Xəbərlər

14 Noyabr 2017 - 20:05

Tbilisi beynəlxalq hava limanı bağlandı, sərnişinlər təxliyyə olundu –Partlayıcı təhlükəsi

Tbilisi beynəlxalq havalimanında partlayıcı qurğunun olması ilə bağlı zəngin yalan olduğu müəyyən olunub.

Axtarışlar zamanı hava limanında heç bir partlayıcı qurğu tapılmayıb.

Təxliyə olunmuş hava limanının əməkdaşları və sərnişinlər havalimanına buraxılıb/APA.  

***

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında fövqəladə vəziyyət yaranıb.

Bu barədə Gürcüstanın “Birinci kanal” televiziyası məlumat yayıb.

Naməlum şəxs aeroportda təhlükəli çanta olması barədə “112” çağrı mərkəzinə zəng edib.

Hava limanındakı sərnişinlər təxliyyə olunublar, başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.

Aeroportun ərazisində partlayıcı maddə axtarılır.

Hadisə yerində polis təhqiqat aparır/Report.