XƏBƏR LENTİ

15 Oktyabr 2018

Digər Xəbərlər

14 Noyabr 2017 - 23:47

Prezident müşaviri vəzifədən azad etdi, ordu qiyama qalxdı –İqtidar davası + VİDEO

Zimbabvedə ordu Robert Müqabeni hakimiyyətdən devirmək üçün hərəkətə keçib.

Müqabenin müşavirini vəzifəsindən kənarlaşdırması ordunun qiyama qalxmasına səbəb olub.

30 ildən artıqdır ki, haimiyyətdə olan 93 yaşlı prezident bir neçə gün öncə müşaviri Emmerson Mnangagvanı vəzifəsindən azad edib.

Orduya məxsus tanklar paytaxt Harareyə doğru yola düşüblər.

Qərargah rəisi Konstantino Çivenga keçirdiyi mətbuat konfransında Muqabeni qınayıb.

Emmerson Mnangagva Muqabenin yerinə ən layiqli şəxs hesab olunurdu. Onun istefaya göndərilməsi tərəfdarlarını qəzəbləndirib. Emmerson Mnangagva Muqabeni devirərək yerinə keçməkdə ittiham olunub.

Muqabenin həyat yoldaşı isə növbəti prezidentin özü olacağını bəyan edib/Teleqraf.com.