Gündəm

  • " width="300" height="266" />
    Əfv üçün müraciət edənlərin adları Prezidentə təqdim edildi –Siyahıda 1100 nəfər var
  • " width="300" height="266" />
    XİN-dən Naxçıvanda əsgərimizin şəhid olması ilə bağlı bəyanat:"Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür"
  • " width="300" height="266" />
    ƏRDOĞAN BOSNİYADA SUİ-QƏSD XƏBƏRİNİ TƏSDİQLƏDİ:"MİT xəbərdarlıq etdi, amma bunlar biz çəkindirməz..."
  • " width="300" height="266" />
    82 yaşlı Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi:"Ürəyində problem yaranıb"
  • " width="300" height="266" />
    AZƏRBAYCAN ORDUSU NAXÇIVANDA ŞƏHİD VERDİ:"Şəhidin qisası qısa müddətdə alınacaq"
  • " width="300" height="266" />
    HULUSİ AKARDAN YUNANLARA XƏBƏRDARLIQ:"Gözümüzü qırpmadan hərbi əməliyatlara hazırıq"
  • " width="300" height="266" />
    Millət vəkili 3 məşhur şəxsin adına universitet açmağı təklif etdi:"Ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalırıq”
  • " width="300" height="266" />
    Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib:"Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi..."
  • " width="300" height="266" />
    Yeni nazir hərəkətə keçdi- Saxta əliliklə bağlı araşdırmalar başladı, həbslər gözlənilir
  • " width="300" height="266" />
    Məmmədyarov İstanbulda Trampın qərarını pislədi:"Bu addım ümidləri puç etdi, humanitar fəlakətə yol açdı"

Müsahibə

  • " width="300" height="266" />
    İsrailin Azərbaycandakı səfiri Dan Stav:"Qəzzada olanlara görə HAMAS məsuliyyət daşıyır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Son 30 ildə ilk dəfə Qarabağı almağımız üçün əlverişli şərait yaranıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Təhsil eksperti Kamran Əsədov:“Ölkədə ali təhsilli işsizlər ordusu yaranıb”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ:"Cəmiyyətin tör-töküntüləri ekrana daşınıb, dəyərlərimizə səlib yürüşü başlayıb” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaqub Məmmədov:“Karl Marks kimi nəhəngin heykəlini yıxıb yerində “benzinkolonka” tikiblər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov:“Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı, pis olmazdı” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Aureliya Qriqoriu:“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək” (Müsahibə)
  • " width="300" height="266" />
    Ərəb ölkələri üzrə ekspert Fərda Əsədov:“Artıq növbə İrana çatıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  



XƏBƏR LENTİ

21 May 2018
20 May 2018

Digər Xəbərlər

28 Noyabr 2017 - 13:43

Leyla Şıxlinskayanın istintaqa verdiyi ifadə yayıldı:"Sənədlərin məhvinə dair göstəriş verməmişəm..."

"Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən klinikanın sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları – Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın, Polad Əliyevin cinayət işi üzrə şahid qismində dindirilən Leyla Şıxlinskayanın ibtidai istintaqa verdiyi ifadə məlum olub.

L. Şıxlinskaya ifadəsində göstərib ki, 2013-cü ilin ortalarından klinikada bir sıra həkimlərə əmək haqlarının verilməsində gecikmələrə yol verilməsi narazılığa səbəb olduğuna görə klinikada audit yoxlamasını keçirmək qərarına gəlib.

Onun sözlərinə görə, yoxlamanın əhatə etdiyi dövrdə klinikada baş mühasib vəzifəsində Şəhla Abbasova, baş mühasibin müavini Polad Əliyev, mühasib Günel Abbasova işləyib, xəzinədar vəzifəsində isə Nadejda Kaysına çalışıb.

L. Şıxlinskaya qeyd edib ki, aparılan yoxlamalar zamanı Ş. Abbasova və P. Əliyev tərəfindən klinikaya tibbi xidmətin göstərilməsi üçün müraciət etmiş şəxslərdən ödənişlərin qəbulunda qanunsuz hərəkətlər edilməsi müəyyən olunub: "Odur ki, Daxili İşlər Nazirliyinə müraciət edərək, yoxlama materialları üzrə qanuni tədbirlər görülməsini xahiş etdim. Həmin dövrdə audit yoxlaması təkrarən aparıldı və baş mühasib Şəhla Abbasovanın və digərlərinin klinikanın vəsaitini mənimsədiyi bir daha məlum oldu".

L. Şıxlinskaya ifadəsində onu da qeyd edib ki, audit yoxlaması zamanı bankdan klinikanın hesabına daxil edilən mədaxil pullar ilə gündəlik hesabatlar müqayisə olunarkən məlum olub ki, bir çox xəstələrin adları qarşısında nağdsız ödənişə işarə olan "depozit" sözü qeyd olunsa da, həmin məbləğlər nağd olaraq ödənilib, ancaq həmin məbləğlər klinikanın bank hesabına mədaxil olan vəsaitlər arasında yoxdur.

L. Şıxlinskaya təqsirləndirilən şəxslərin ittihamına da cavab verib və ifadəsində göstərib ki, audit yoxlaması zamanı Ş. Abbasovaya hansısa mühasibatlığa aid hansısa sənədləri məhv etməsi barədə göstəriş verməyib.

L. Şıxlinkaya təqsirləndirilən şəxslərə qarşı 804 min, 343 manat məbləğində mülki iddia qaldırıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Leyla Şıxlinskaya mətbuata bu işdə heç bir günahının olmadığını bildirib: “Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.

APA