Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

21 İyul 2018
20 İyul 2018

Digər Xəbərlər

05 Dekabr 2017 - 18:57

Avropa Birliyi ofşor zonaları üzə çıxardı- "Qara siyahı" dərc olundu

Avropa Birliyi ölkələrinin maliyyə nazirləri vergi hesabatı üzrə qurumla əməkdaşlıq etməkdən imtina edən dövlətlərin "qara siyahısını" dərc edib.

Bu gün dərc olunan siyahıda 17 ölkənin adı keçir və onların əksəriyyətində ofşor zonalar yerləşir.

"Qara siyahıya" bu dövlətlər düşüb –  Samoa, Bəhreyn, Barbados, Qrenada, Quam, Makao, Marşal Adaları, Monqolustan, Namibiya, Birləşmiş Ərəb Əmirlikləri, Palau, Panama, Sent-Lusia, Trinidad və Toboqo, Tunis və Cənubi Koreya.

Fransa maliyyə naziri Bryuno de Mera "Reuters"ə bildirib ki, siyahıya vergidən yayınma hallarına qarşı yetərincə mübarizə aparmayan ölkələr daxil edilib.

Nazirin sözlərinə görə, bu ölkələr Avropa Birliyinin fondlarına çıxış imkanını itirə bilərlər. Onlara qarşı başqa tədbirlər də nəzərdə tutulub ki, bu barədə qərar yaxın həftələrdə qəbul olunacaq. 

Avropalı nazirlər eyni zamanda 47 ölkənin daxil olduğu "boz siyahı" da dərc ediblər. Bu siyahıya Avropa Birliyinin vergi standartları ilə uzlaşmayan dövlətlər salınıb. 

Son bir neçə ildə jurnalist araşdırması ilə məşğul olan beynəlxalq qruplar ofşor zonalarla bağlı ifşaedici məlumatlar dərc edirlər. Bu məlumatlardan bəlli olur ki, dünyanın əksər ölkələrinin məşhurları, biznesmenləri və məmurları həmin zonaların xidmətlərindən istifadə edir. 

 

Strateq.az