Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

11 Yanvar 2018 - 17:15

İş adamının istintaqa verdiyi sensasion ifadə yayıldı:"Dedi ki, bu, Heydər Babayevlə xanımının qərarıdır..."

"Çudo Peçka” və "ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun istintaqa verdiyi ifadəsi məlum olub.

Strateq.az "Report"a istinadən xəbər verir ki, o, istintaqda dindirilərkən qeyd edib ki, 2001-ci ildən "Çudo Peçka" MMC-nin təsis edib, qida istehsalı və satışı ilə məşğul olub.

Ç.Cəlilov bildirib ki, işlə bağlı bir neçə banka kredit üçün müraciət edilib: "Götürülən kreditlər  vaxtında ödənilib. 2006-cı ildə Yaşar Babayevlə "Bakı Biskivit Fabriki"ni fəaliyyətə gətirmək üçün işləməyə başladıq. Yaşar Babayevin sahibi olduğu "ABU Holding"in baş direktoru olmuş Yuri Vasilyeviçlə tanış oldum. Onun vasitəsi ilə də "Standart Bank"ın İdarə Heyətinin sədri Səlim Kirmanla münasibət qurduq. Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün əsasən qardaşım Pərviz onunla münasibətdə olurdu".

Ç.Cəlilov qeyd edib ki, qardaşı Pərviz Cəlilov bir müddət sonra ona Səlim Kirmanın şirkətin 30 faizini almaq istədiyini deyib və təkliflə razılaşıb: "2008-ci ildə iqtisadi böhranla bağlı çətinliklər yaşadıq. Bu zaman Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini ona məxsus "Kes Holdings Limited" şirkətinə güzəşt etdik. Səlim Kirman bütün şirkəti "Bank Standard"ın təşəbbüsü ilə yaranan "Bakery operatinq Company" MMC-yə kənar idarəçiliyinə verdi. Bundan başqa, Səlimlə aramda bağlanmış ayrıca müqaviləyə əsasən, ona olan 1 milyon 212 min manat borcum silinməli idi. Müqaviləyə əsasən, ələva olaraq hər ay şirkətin gəlirlərindən başqa 30 min manat şəxsi xərclərimlə bağlı mənə ödənilməliydi. "Bakery operatinq Company" MMC-in rəhbəri də Xəyal Abdinov oldu".

O, vurğulayıb ki, S.Kirman tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirməyib: 

"Səlim Kirman 1 milyon 212 min borcu ödəməyib, 5 ay sonra isə aylıq müqaviləyə əsasən, ödəmili olduğu 30 min manatı da verməyib. Borcun 800 min manatını ödədim. 400 min manatlıq əmlakı da girov qoydum. Səlim Kirman şirkət gəlirlərindən heç bir ödəniş etmədi. Şirkət 2006-cı ilədək Səlim Kirmanın sərəncamında olub".

Ç.Cəlilovun sözlərinə görə, S.Kirman 2012-ci ildə ona "Çudo Peçka" MMC-nin daha da inkişaf etdirilməsini təklif edib və bu məqsədlə digər ailə üzvlərinin adına kredit götürülməsini məsləhət görüb:

"Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Həmin kredit müqavilələri çox böyük məbləğlərdə olmuşdur. Həmin sənədlər arasında kassa məxaric ordeni olmayıb. Düşündüm ki, növbəti dəfə banka çağırılanda kassa məxaric orderi olacaq. Amma nə biz banka çağırıldıq, nə də sənədi vermədilər. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə məlumat verəcəyini bildiridi. 

2014-cü ilin iyun ayında isə mənə və ailə üzvlərimə Səbail Rayon Məhkəməsindən faizi ilə birlikdə 31 milyon manatlıq bank tərəfindən mülki iddia qaldırması ilə bağlı məktub gəldi. Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb. Məhkəmə bizi cavabdeh kimi qəbul edib, əlehimə qərar çıxartdı. Ali Məhkəmənin qərarı ilə məlum oldu ki, həmin pullar Səlim tərəfindən "Çudo Peçka" şirkətinə yönəldilib. Məhkəmə dövründə nümayəndəm bankdan adıma olan çıxarışları əldə etdi. Bildik ki, iki köhnə borcuma aid 150 min manata yaxın mənə aid olan hesablara köçürülüb. Amma qalan məbləğlər 3 şəxsin hesablarına köçürülüb. Bunu bank ənəkdaşları ifadələrində təsdiq etdilər. Bununla da, birinci instansiya məhkəməsi bizim tələbimizi təmin etdi. Lakin apellyasiya instansiyasında bankın xeyrinə qərarı dəyişdi. 2016-cı ildə isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət bizə qaytarıldı. Apardığımız yoxlamalar zamanı bizə məlum oldu ki, ailəmin adına götürülən kreditlər şirkətin işlərinə yönədilməyib".

Ç.Cəlilov dindirilərkən söyləyib ki, S.Kirmanın təklifi ilə o, övladları və qardaşı ilə yanaşı, işçilərin, qohumlarının da adına kreditlər götürüb: "Götürülən kreditlərlə 2006-2009-cu illərdə Qara Qarayev, Neftçilər, Nərimanov, Əhmədli, İnşaatçılar, 3-cü mikrorayon ərazində olan mağazalar açıldı. Həmçinin "5 Qazan" kulinariya evi işə salındı. Bundan başqa, torpaq sahələrində üzümçülük və buğda əkini işləri də aparılırdı".

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, 2009-cu ilədək banka olan borclar vaxtı-vaxtında ödənilib, bu illər ərzində banka ümumilikdə 15 milyon manat pul ödənilib: 

"Kreditlərin ödənilməsi, götürülməsi, mağazaların fəaliyyəti ilə qardaşım Pərviz maraqlanırdı. Səlim Kirmanla danışıqları məhz o aparırdı. 2009-cu ildə kreditlərin ödənilməsində axsamalar yaşandı. Bu səbəbdən Səlimin təklifi ilə müqavilələr yeniləndi, götürülən kreditlər köhnə borcların ödənilməsinə yönəldildi. Səlim Kirman şirkəti ələ keçirmək niyyətini həyata keçirmək üçün yoxlamalar göndərirdi. Sonradan Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb, məsələni aydınlaşdırmaq bizi niyə məhkəməyə verdiyinin səbəbini öyrənmək istədim. Səlim Kirman isə dedi ki, "bu bankın rəhbəri Heydər Babayevin və onun xanımın qərarı idi". 

Şirkətinin idarəçiliyi Səlim Kirmana veriləndə 14 mağaza vardı. Kənar idarəçiliyin fəaliyyəti nəticəsində şirkət məhvə getdi. Ayrılan kreditlərin hamısı şirkətin fəaliyyətinə yönəldilib. Həmin pullarla şəxsi əmlak, mənzil, torpaq, bağ evi alınmayıb".