Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Eldar Namazov Rusiyadakı seçkilərdən danışdı:“Bu perspektiv Kremli çox qorxudur” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əvəz Temirxan “20 Yanvar” hadisələrinin gizli məqamlarını açdı:"Zayçevlə mübahisəmiz düşdü, o, tələb etdi ki, bunları protokoldan çıxarım..."
  • " width="300" height="266" />
    Sabiq YAP-çı deputatdan maraqlı açıqlamalar:"Dövlət şəxsi hisslərin idarəçiliyə daşınmasından əziyyət çəkir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ayaz Mütəllibov:“20 Yanvarın araşdırılması üçün məhkəmə qurulmasını istəyirəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ATƏT nümayəndəsi Azərbaycanda medianın durumunu sərt tənqid etdi:"Rəsmilər söz versələr də, bunu yerinə yetirmirlər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əliməmməd Nuriyev:“BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:"Sərvətlər mənimsənir, əhalinin böyük qismi kasıb yaşayırsa, bunun işğalçılıqdan fərqi yoxdur" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu:“Azərbaycan İranda sabitliyin olmasını istəməlidir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fazil Mustafa:“İranda dövlət hakimiyyəti uğrunda amansız mübarizə gedir”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    RƏSUL QULİYEVDƏN İRAN HADİSƏLƏRİNƏ DAİR MARAQLI ANALİZ:"İran xalqı indiki rejimi dəyişməyə cəhd edəcək" - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

12 Yanvar 2018 - 14:08

Jirinovski efirdə ukraynalıya hücum çəkdi:“Sizi güllələyəcəyik! Təhdid edəcəyik! Əclaflar, yaramazlar...” – VİDEO

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, prezidentliyə namizəd Vladimir Jirinovski “Rossia Today” telekanalının “60 dəqiqə” tok-şousunda canlı yayım zamanı özündən çıxıb və ukraynalı politoloqa hücum çəkib.

Tok-şouda ABŞ-ın Ukraynana silah verməsi məsələsi müzakirə olunurdu. Ukraynalı politoloq Vadim Tryuxan Jirinovskinin atmacalarına reaksiya vermək istəməyib, onun studiyada sirk düzəltdiyini deyib. Sonra o, siyasətçiyə ukraynalıları hədələməməyi məsləhət görüb. Bundan sonra Jirinovski politoloqun üzərinə yeriyib.

“Təhdid edəcəyik! Sizi güllələyəcəyik, əclaflar və yaramazlar”-siyasətçi qışqırıb. Liberal-demokrat prezidentliyə iddiaçı bildirib ki, Ukrayna Donbassda öldürülən hər adama görə cavab verməli olacaq. O, qışqırıb və Tryuxinin studiyadan “rədd olub getməli olduğunu” deyib. Aparıcı Jirinovskini sakitləşdirməyə çalışıb, onun prezident seçkilərinə qatıldığını xatırladıb. Lakin siyasətçi qışqırmaqda və Tryuxini söyməkdə davam edib. Münaqişə sakitləşib, ancaq Tryuxin hər halda studiyanı tərk edib. Bu vaxt LDPR lideri onun arxasınca atmaca atıb: “Vağzala getmə, Tryuxin, səni orada həbs edəcəklər!”.

“60 dəqiqə” tok-şousu 2016-cı il sentyabrın 1-dən efirə çıxır. Onu ər-arvad Olqa Skabeyeva və Yevgeni Popov aparırlar. Tok-şouda adətən Amerika və Ukraynaya qarşı təbliğat aparılır, obyektivlik görüntüsü yaratmaq üçün həmişə studiyaya amerikalı və ukraynalı politoloqlar da çağırırlar. Rusiya telekanalının tok-şousunda iştirak etməyə razılaşan amerikalı və ukraynalı politoloqlar üçün qonorar ödənilir, onlara ayda 1 milyon rubla qədər pul verirlər. (Virtualaz.org)