Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İrandan yenicə dönən VİP sədri seçkilər haqda:"Opponentliyimiz onları narahat edir" - Müsahibə
  • " width="300" height="266" />
    Rövnəq Abdullayev:“Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə
  • " width="300" height="266" />
    İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə
  • " width="300" height="266" />
    PƏNAH HÜSEYN SEÇKİLƏRDƏN DANIŞDI:"İsa Qəmbər iştirak etsəydi, bu, başqa bir situasiya olardı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni siyasətçisi Aram Manukyan:“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur” – Müsahibə
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycandakı səfiri:“Bizim üçün söz azadlığı çox vacibdir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Müvəqqəti azadlığa buraxılmış dustaq jurnalist:"Əsas anamdan narahat idim..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Suriyalı jurnalist:“Əsəd rejimi İdlib üçün “Qroznı ssenarisi” hazırlayır” – Müsahibə 

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

20 Fevral 2018
19 Fevral 2018
18 Fevral 2018

18 Yanvar 2018 - 15:26

Telefonlara gizli qulaq asan yeni casus proqramı aşkarlandı –"Kaspersky Lab"dan açıqlama

dinleme-1.jpg

“Kaspersky Lab” şirkətinin mütəxəssisləri mobil cihazlar vasitəsilə məqsədli izləmələr üçün nəzərdə tutulmuş mürəkkəb çoxfunksiyalı proqram təminatı aşkar ediblər.

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Məlumata görə, “Skygofree” adını alan zərərli implant ən azından 2014-cü ildən aktivdir və özündə əvvəllər mobil cihazlara yönəlmiş zərərvericilər arasında rast gəlməyən bəzi funksiyaları birləşdirir:

"Məsələn, “Skygofree” söhbətlərə gizlicə qulaq asmağı və devays cinayətkarlara lazım olduğu müəyyən bir yerdə meydana çıxan kimi səsləri tutmağı bacarır. Bundan başqa, o, “WhatsApp” messencerindən məlumatları oğurlamağa və cihazı hücum edənlər tərəfindən nəzarət olunan “Wi-Fi” şəbəkəsinə qoşmağa qadirdi. Mütəxəssislər sözügedən zərərverici proqram təminatında ümumiyyətlə 48 müxtəlif funksiya aşkar ediblər.

Eyni zamanda, “Skygofree” foto və video çəkməyi, telefon zənglərini və SMS-ləri ələ keçirməyi, həmçinin lokasiya və kalendarda qeyd olunmuş hadisələr haqqında məlumatları toplamağı bacarır. Bu casus proqram təminatında hətta dünyanın aparıcı mobil cihaz istehsalçılarının biri tərəfindən hazırlanan enerjiyə qənaət texnologiyasını aldadan xüsusi funksiya da mövcuddur. İmplant özünü müdafiə olunmuş əlavələr siyahısına daxil edir ki, ekran söndürülən zaman onun fəaliyyəti avtomatik olaraq dayanmır.

“Skygofree” ilk növbədə mobil cihazlara yönəlməsinə baxmayaraq, tədqiqatlar onun “Windows” platforması üçün də nəzərdə tutulmuş bir neçə modulunu aşkar ediblər".

Sözügedən zərərverici proqram təminatı aparıcı mobil operatorların internet saytlarını təqlid edən veb-səhifələr vasitəsilə yayılır. “Kaspersky Lab”ın məlumatına əsasən, hazırda “Skygofree”nin bir neçə qurbanı müəyyən edilib ki, onların hamısı İtaliya ərazisindədir.

“Bu proqram təminatının kodu və onunla bağlı bütün infrastrukturu təhlil etdikdən sonra belə bir qənaətə gəlmək olar ki, bunların arxasında ”HackingTeam”a bənzər izləmə həlləri hazırlayan italyan İT şirkəti durur”, – deyə “Kaspersky Lab” şirkətinin antiviruslar üzrə eksperti Aleksey Firş bildirib.

“Kaspersky Lab”ın müdafiə həlləri “Skygofree”nin “Android” üçün nəzərdə tutulmuş versiyalarını HEUR:Trojan.AndroidOS.Skygofree.a və HEUR:Trojan.AndroidOS.Skygofree.b kimi, “Windows” üçün nümunələri isə UDS:DangerousObject.Multi.Generic kimi aşkar edir.