XƏBƏR LENTİ

18 Oktyabr 2018
17 Oktyabr 2018

Digər Xəbərlər

13 Fevral 2018 - 12:50

“Afrindəki əməliyyatdan qayğılıyıq, ancaq Türkiyəni də anlayırıq” –Tillerson

“Suriyanın şimal-qərbində baş verən son hadisələrə görə Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq”.

Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyə ordusunun Suriyada keçirdiyi aniterror əməliyyatını dəyərləndirərkən deyib.

“Suriyanın şimal-qərbindəki son hadisələr bizi də qayğılandırıb. Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığının da fərqindəyik”, – ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bildirib.

Qeyd edək ki, R.Tillerson hazırda Misirdə səfərdədir. O, Qahirədən İordaniyaya gedəcək. Daha sonra isə Türkiyəyə səfər edəcək/Report.