XƏBƏR LENTİ

18 Oktyabr 2018
17 Oktyabr 2018

Digər Xəbərlər

14 Fevral 2018 - 14:21

Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub- Nələr müzakirə olunub?

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Petro Poroşenko arasında telefon danışığı olub. Bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Azərtac xəbər verir ki, D.Peskovun sözlərinə görə, telefon danışığı fevralın 12-də Kiyevin təşəbbüsü ilə baş tutub. Ukrayna Prezidenti “An-148” təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Prezidentlər Minsk sazişinin yerinə yetirilməsinin gedişatını və Kiyev ilə Donbas arasında əsirlərin dəyişdirilməsi məsələsini müzakirə ediblər.