XƏBƏR LENTİ

22 Yanvar 2019

Digər Xəbərlər

14 Fevral 2018 - 19:21

Tofiq Yaqublu Müsavat başqanının müavini vəzifəsindən uzaqlaşdırıldı- Açıqlama

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.