Gündəm

  • " width="300" height="266" />
    “Gördüklərimdən dəhşətə gəldim, hamı bir-birinə borcludur, icra başçıları isə…” –Qubad İbadoğlu
  • " width="300" height="266" />
    “Qeyrətləri varsa, ərəblərin Bakıda elədikləri hərəkətlərə qarşı çıxsınlar” –İcra başçısından şok açıqlamalar
  • " width="300" height="266" />
    İnam Kərimov: “Ya ölkəyə gətirilən dərmanlar keyfiyyətsizdir, ya da…” –Prezident İmişlidəki kütləvi zəhərlənməni nəzarətə götürdü
  • " width="300" height="266" />
    Ukraynada növbəti gərginlik:veteranlar və şaxtaçılar ayağa qalxdı, qarşıdurma böyüyür - VİDEO
  • " width="300" height="266" />
    Tansu Çillər sükutu pozdu:"Bu yola probelm həll olunmaz, çətin bir mərhələdəyik”
  • " width="300" height="266" />
    Azərbaycan ordusu düşmənin kəşfiyyat PUA-sını vurdu –Füzuli-Xocavənd istiqamətində
  • " width="300" height="266" />
    Biləsuvarda şok intihar: 16 yaşlı nişanlı qız ölümündən əvvəl:"Mənə xəyanət etdin..." + VİDEO
  • " width="300" height="266" />
    Cəbrayıl və Füzulinin işğalında mühüm rol oynamış soyğunçu general qandallandı –Təfərrüat + VİDEO
  • " width="300" height="266" />
    Paşinyan Azərbaycanın işğal altındakı bölgəsinə qanunsuz səfər etdi –Kilsə ziyarəti və... + FOTOLAR
  • " width="300" height="266" />
    BAKININ İCRA BAŞÇILARININ İŞTİRAKI İLƏ MÜŞAVİRƏ –Nöqsanları olanlara xəbərdarlıq edildi: "İşdən azad olunacaqsız..."

Müsahibə

  • " width="300" height="266" />
    “Stratford”un direktoru Corc Fridman:“2020-ci ildən sonra Rusiya dağılacaq” – Müsahibə
  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018

Digər Xəbərlər

22 Fevral 2018 - 17:52

Prezidentdən vəkilliyin inkişafı ilə bağlı sərəncam: hökumətə və kollegiyaya yeni tapşırıq verildi –Nələr olacaq?

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Hüquqi dövlətdə bu təsisatın rolunu nəzərə alaraq, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədilə aşağıdakı məsələlər həll olunacaq: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

1.1. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görsün;

1.2. Azərbaycan Respublikasının regionlarında apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlər görsün;

1.3. vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasını təmin etsin;

1.4. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görsün, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter avadanlığının və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsait ayırsın.

2. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki:

2.1. ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın;

2.2. göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görsün;

2.3. vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrini təmin etsin;

2.4. Azərbaycan Respublikasının şəhər və rayonlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirsin;

2.5. hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etsin;

2.6. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlər görsün;

2.7. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görsün.