XƏBƏR LENTİ

13 Dekabr 2018
12 Dekabr 2018

Digər Xəbərlər

13 Mart 2018 - 11:57

“Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək istəyir” –XİN başçısı

“Azərbaycan hökuməti ölkədə biznes mühitini inkişaf etdirir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Azərbaycan bir sıra beynəlaxalq layihələrdə yaxından iştirak edir”.

Bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov qeyd edib ki, Bakı-Tiblisi-Qars Dəmir Yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, digər ölkələr üçün də önəmli layihədir.

Nazir vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək istəyir, bu istiqamətdə müzakirələr gedir.

Nazir qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi Helsinki Yekun Aktı əsasında həll edilməlidir. O bunun vacibliyini vurğulayıb/Report.