Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

21 Sentyabr 2018
20 Sentyabr 2018

Digər Xəbərlər

16 Aprel 2018 - 16:48

XANIM DEPUTATIN AİLƏSİNDƏ QALMAQAL BÖYÜYÜR:“Qardaşlarım məni şantaj edir”

“Haqqımda ailəmlə bağlı problemlərin olduğu haqda elektron mediada ikinci dəfə çıxan xəbərləri çox üzüntü və təssüf hissi ilə qarşıladım. Keçən dəfə ailə üzvlərimin mediaya verdiyi açiqlamalarda şər və böhtana məruz qalmağıma baxmayaraq, susmağı, pis və ya yaxşı o ailənin bir parçası olduğumu qəbul edərək, ailəmi mediada müzakirə mövzusuna çevirməməyi qərara aldım. Ailə dəyərlərinə və atamın ruhuna hörmətlə yanaşaraq, susmağın artıq məni uçuruma apardığını, sağlamlığımı, karyeramı və ailə münasibətlərimi riskə atdığını görərək, sükutumu pozmaq məcburiyyətində qaldım”.

Strateq.az xəbər verir ki, bunu deputat Sona Əliyeva Modern.az-a açıqlamasında deyib.

Anasının ittihamlarına cavab verən S. Əliyeva bildirib ki, o son günlərinə qədər atasının qulluğunda durmağının, böyük qardaşının da təsisçi olmağına baxmayaraq, təsisçilərdən biri kimi, müəssisənin bütün hüququi məsələlərini həll etməyinin “günahını” yaşayır: “Atamın verdiyi qərarın ailə üzvlərimin xoşuna gəlməyəcəyini bilsəm də, onun son arzusuna yox deyə bilmədim…

Bildirmək istəyirəm ki, atamın vəfatından sonra ailə üzvlərimiz arasında mirasla bağlı gərginlik yaşanıb, atamın vəsiyyəti və göstərişi ilə özünün müəssisəyə təyin etdiyi hüquqşünas tərəfindən mülkiyyətin üç övlad arasında ədalətli şəkildə bölünməsi ilə bağlı aparılan işlər dayandırılıb. Atamın arzusunun yerinə gətirilməsini istədiyimi dəfələrlə dilə gətirməyimə baxmayaraq, daha sonra ailə üzvlərim mərhum atamdan miras qalan əmlakdan və mülkiyyətdən imtina etməyəcəyim təqdirdə məni və övladlarımı öldürməklə hədələdi, həyat yoldaşım və digər ailə üzvlərimi təhqir edərək, ölkə mediasında biabır olunacağım haqqında təhdid və şantajlar səsləndirdi. 

Son olaraq fevral ayının 7-də qardaşlarımın işbirliyi ilə ölkə mediasında haqqımda yalan və böhtan yazılar dərc olundu, məni şantaj edərək psixoloji təyziq altında ata mirasından notarial qaydada imtina etməyə məcbur etdilər. Məsələnin böyüməməsi  və ailə məsələlərimizin medianın müzakirə mövzusuna çevrilməməsi üçün mərhum atamdan qalan əmlakdan və müəssisədə olan 50% təsisçi payından imtina etdim, atam tərəfindən mənə bağışlanan “Mercedes” markalı maşını onların təkidi ilə əmim oğlunun adına rəsmiləşdirdim. Buna baxmayaraq,  qardaşlarım mənə dərs verdiklərini qeyd edərək, xəbəri media orqanlarından götürməyəcəklərini bildirib və beləcə üzücü hadisələr xəbər olaraq saytların manşetinə çevrilib”.

Xanım deputat  çətin də olsa, həqiqətləri gizlətməyəcəyini bildirib. “Bu gün də eyni qaydada iqtidar partiyasının və Milli Məclisin üzvü olaraq haqqımda yayılan xəbərlərin təmsil etdiyim qurumların adına və şəxsiyyətimə xələl gətirməməsi baxımından mənim üçün nə qədər çətin olsa da, həqiqətləri söyləmək məcburiyyətində qaldım. 

Burdan bəzi media orqanlarına isə xahiş etmək istəyirəm: bir məsələni araşdırmamış, həqiqətləri anlamamış insanların ləyaqət və şərəfinə toxunmayın! Mən ictimai xadim olmaqdan əlavə bir insanam, bir qadınam, bir anayam! Mənim 17 və 16 yaşlarında qızlarım və yeniyetmə oğlum var. Siz, bir də bu talehsiz hadisələrə bizim tərəfimizdən, mənim, ailəmin, övladlarımın keçirdiyi ağır psixoloji travma baxımından baxın! Anlamağa çalışın, ədalətli olmağa çalışın, xəbər xatirinə insanların həyatını, karyerasını heçə saymayın, kimlərinsə əlində alətə çevrilməyin. Vicdanınıza və həqiqətə arxa olun!

Bu gün artıq bütün olan üzücü hadisələrin media orqanlarında yerli-yersiz müzakirə obyektinə çevrilməyindənsə, hüquq-mühafizə orqanları tərəfindən araşdırlmasını, məsələyə hüquqi qiymət verilməsini arzu edərdim, çünki kifayət qədər səbr və susqunluq göstərməyimə baxmayaraq başqa çarəm qalmır…

İyirmi birinci əsrdə yaşadığımız halda qadın olduğum üçün qardaşlarım da olsa, kişilər tərəfindən təyziq və təhdidlərə məruz qaldığıım bu cəmiyyətdə medianın başıma gələnləri üzvü olduğum partiyanın və qurumun imicini korlamaq üçün alətə çevirməyinə də ayrıca təssüflənirəm.

Sonda demək istəyirəm ki, əgər mən Milli Məclisin üzvü olaraq cəmiyyətdə qardaşlarım kişi olduğundan onlar tərəfindən bu qədər təzyiq, hədə və böhtanlara məruz qalıramsa, təhsilsiz, sadə qadınlar nələr yaşayır, təsəvvür belə etmək istəmirəm. Belə bir talehsizlik yaşamağımdan dolayı, başda özüm olmaqla Azərbaycan qadınlarının miras və bu kimi digər hüquqlarını qoruyacağımı və daim yanlarında olacağımı bildirməklə, bu kimi problemlər yaşayan qadınlarımızın mənə müraciət etmələrini istəyirəm”.