Gündəm

  • " width="300" height="266" />
    XİN-dən Naxçıvanda əsgərimizin şəhid olması ilə bağlı bəyanat:"Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür"
  • " width="300" height="266" />
    ƏRDOĞAN BOSNİYADA SUİ-QƏSD XƏBƏRİNİ TƏSDİQLƏDİ:"MİT xəbərdarlıq etdi, amma bunlar biz çəkindirməz..."
  • " width="300" height="266" />
    82 yaşlı Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi:"Ürəyində problem yaranıb"
  • " width="300" height="266" />
    AZƏRBAYCAN ORDUSU NAXÇIVANDA ŞƏHİD VERDİ:"Şəhidin qisası qısa müddətdə alınacaq"
  • " width="300" height="266" />
    HULUSİ AKARDAN YUNANLARA XƏBƏRDARLIQ:"Gözümüzü qırpmadan hərbi əməliyatlara hazırıq"
  • " width="300" height="266" />
    Millət vəkili 3 məşhur şəxsin adına universitet açmağı təklif etdi:"Ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalırıq”
  • " width="300" height="266" />
    Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib:"Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi..."
  • " width="300" height="266" />
    Yeni nazir hərəkətə keçdi- Saxta əliliklə bağlı araşdırmalar başladı, həbslər gözlənilir
  • " width="300" height="266" />
    Məmmədyarov İstanbulda Trampın qərarını pislədi:"Bu addım ümidləri puç etdi, humanitar fəlakətə yol açdı"
  • " width="300" height="266" />
    BMT İnsan Hüquqları Şurası Azərbaycana 259 tövsiyə verib –Rəsmi Bakının mövqeyi necədir?

Müsahibə

  • " width="300" height="266" />
    İsrailin Azərbaycandakı səfiri Dan Stav:"Qəzzada olanlara görə HAMAS məsuliyyət daşıyır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Son 30 ildə ilk dəfə Qarabağı almağımız üçün əlverişli şərait yaranıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Təhsil eksperti Kamran Əsədov:“Ölkədə ali təhsilli işsizlər ordusu yaranıb”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ:"Cəmiyyətin tör-töküntüləri ekrana daşınıb, dəyərlərimizə səlib yürüşü başlayıb” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaqub Məmmədov:“Karl Marks kimi nəhəngin heykəlini yıxıb yerində “benzinkolonka” tikiblər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov:“Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı, pis olmazdı” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Aureliya Qriqoriu:“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək” (Müsahibə)
  • " width="300" height="266" />
    Ərəb ölkələri üzrə ekspert Fərda Əsədov:“Artıq növbə İrana çatıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  



XƏBƏR LENTİ

21 May 2018
20 May 2018
19 May 2018

Digər Xəbərlər

20 Aprel 2018 - 22:00

Eldar Mahmudov məhkəməyə verildi –Sabiq nazirdən 100 min manat pul tələb olunur

 

Keçmiş milli təhlükəsizlik naziri, ehtiyatda olan general-polkovnik Eldar Mahmudov və həmin nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş, ehtiyatda olan general-mayor Mövlan Şıxəliyev məhkəməyə verilib.

Axar.az xəbər verir ki, hər iki şəxsi məhkəməyə bir müddət əvvəl şərlənərək həbs edilən, 21 ay həbsdə saxlanılan və sonradan isə bəraət alan Mətləb Mustafayev verib.

Mətləb Mustafayev sabiq nazir Eldar Mahmudova qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırıb. O, iddia ərizəsində Eldar Mahmudovun sifarişi ilə şərlənərək həbs edildiyini göstərib. 

Mətləb Mustafayev sabiq nazirdən 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edib.

İddia ərizəsi baxılması üçün hakim Sərdar Mehrəliyevin icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası aprelin 24-nə təyin edilib.

movlanMətləb Mustafayev Mövlan Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini Səbail rayon Məhkəməsinə göndərib. O, iddia ərisəzində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını göstərib. Ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib, guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı barəsində ittiham hazırlanıb. 

Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edir.

Bu iddia ərizəsi hakim Nurəddin Bağırovun icraatına verilib.

İlkin baxış iclası mayın 1-nə təyin edilib.

Mətləb Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib.
Buna səbəb həm Eldar Mahmudov, həm də Mövlan Şıxəliyev qanunsuz hərəkətlər edən zaman dövlət orqanlarında rəhbər şəxs olmaları olub.

METLEBMətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib.

O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Müdafiə tərəfinin kasasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub.

Mətləb Mustafayev apelyasiya şikayətində günahsız olduğunu, MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, MTN-nin rəhbər şəxsləri və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra Bakı Apelyasiya Məhkəməsində hakim Rizavn Səfərovun sədrlik etdiyi kollegiyada Mətləb Mustafayevin işinə yenidən baxılıb. Hakim heyətinin qərarı ilə Mətləb Mustafayevin barəsində bəraət hökmü çıxarılıb.

199041_467459Mətləb Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib.

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev Mətləb Mustafayevdən başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.

MTN ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib. 

İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev həbs olunub. Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilib.

Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan Elçin Quliyev apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun bəraət istəməsi barədə şikayəti təmin edilməyib.

Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.

Mətləb Mustafayev həmçinin zərərçəkmiş Malik Mustafayevin hüquqi varisi qismində də tanınıb.