XƏBƏR LENTİ

19 Oktyabr 2018

Digər Xəbərlər

13 İyun 2018 - 17:35

Sinqapur hökuməti KXDR-ABŞ sammitinin təşkilinə nə qədər xərc çəkib?- Açıqlandı

ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında baş tutan ikigünlük görüşün təşkilinə Sinqapur 15 milyon ABŞ dolları sərf edib.

“Report” CNBC-yə istinadən xəbər verir ki, bu barədə Sinqapur baş naziri Li Syanlun bildirib.

Bu məbləğə dövlət başçılarının Sentosa adasındakı dəbdəbəli “Capella” hotelində qalması, eləcə də təhlükəsizliyin təmin edilməsi və beynəlxalq mətbuat mərkəzinin yaradılması xərcləri daxildir.

Qeyd edək ki, Sinqapur həm KXDR, həm də ABŞ-la əlaqələr qurmuş azsaylı ölkələrdən biridir.