XƏBƏR LENTİ

19 Oktyabr 2018

Digər Xəbərlər

13 İyun 2018 - 19:19

Gürcüstanın baş naziri istefa verdi- "Hər bir vətəndaşın baş naziri olmağa çalışdım..."

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verib.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Bu gün öz vəzifəmi tərk edirəm”, – o, keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, G.Kvirikaşvili etirazlar fonunda vəzifəsindən getməyəcəyini bildirmişdi.