XƏBƏR LENTİ

19 Oktyabr 2018

Digər Xəbərlər

14 İyun 2018 - 16:42

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı artırıldı –DİM müddəti açıqladı

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Strateq.az-a verilən məlumata görə, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 20 iyun saat 10:00-dək uzadılıb.

Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.