Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Məmurları haqq-nahaqq çox tənqid edirlər, amma o insanlar bu cür işləyirlər…” –Akif Əlidən müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov:“Türkiyənin çökdürülməsindən sonra növbə digər  müsəlman dövlətlərə çatacaq” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA YER ALACAQ” –Sülhəddin Əkbərdən maraqlı analiz
  • " width="300" height="266" />
    ADP SƏDRİ SƏRDAR CƏLALOĞLU:"Tramp Türkiyə ilə uzun müddət düşmənçilik apara bilməyəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."
  • " width="300" height="266" />
    “YAXIN 6 AYDA AZƏRBAYCANDA DEVALVASİYA GÖZLƏNİLMİR”Ekspert Rövşən Ağayev manatın yalnız bir halda ucuzlaşacağını deyir (Müsahibə)
  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO
  • " width="300" height="266" />
    Əbülfəz Elçibəyin 80 illik yubileyi-TAM VİDEO
  • " width="300" height="266" />
    “Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Qardaşı oğlundan Elçibəy haqda xatirələr - VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

20 Avqust 2018
19 Avqust 2018

Digər Xəbərlər

14 İyun 2018 - 21:13

“Admirala açılan saxta cinayət işi Rusiyadan sifariş olunmuşdu”– Sabiq MTN-çidən şok açıqlamalar

ABŞ-a köçən tanınmış politoloq, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu illərlə apardığı müşahidə və aldığı məlumatlar əsasında özünün bloqunda sensasion xarakterli, şok effektli son dərəcə ilginc yazılar yazmaqda davam edir. O, ötən aylarda Eldar Mahmudovun 11 illik fəaliyyəti haqda, MTN-də həmin illər ərzində baş verən, ölkənin ictimai-siyasi həyatını silkələyən, lakin bir çox tərəfləri gizli saxlanılan olayların bəzilərinin üzərindən sirr pərdəsini qaldıran müəllif yazıları ilə çıxış edib.

Ərəstun Oruclu bu səpkili yazılarını davam etdirir. Yazılardan birində Hərbi Dəniz Qüvvələri komandanı, ölkənin yeganə kontr-admiralı Şahin Sultanova qarşı başladılan cinayət işinin sifarişli olmasını qeyd edib. Hərbi prokuror Xanlar Vəliyevi sifarişin icraçısı adlandırır. Yazır ki, hərbi prokuror Xanlar Vəliyevin Xəzərdə ölkənin suverenliyini təmin etməli olan sualtı radar sistemini quranlara qarşı başlatdığı saxta cinayət işi Azərbaycanın Xəzərdə öz sektoruna suverenliyinin itirməsinə gətirib çıxarıb.

Ə.Oruclunun bloqundan sitat: “2013-2014 illərdə Hərbi Dəniz Qüvvələri komandanı, ölkənin yeganə kontr-admiralı Şahin Sultanova qarşı qaldırılan və nəticədə admiralın həbsinə səbəb olan saxta cinayət işi sözün həqiqi mənasında dövlətə xəyanət idi”.

Araşdırmalar Mərkəzinin rəhbəri bloqunda yazır ki, kontr-admiralın həbsində hədəf heç də Şahin Sultanovun personası deyildi: “Həmin saxta cinayət işinin məqsədi Xəzərin Azərbaycan sektorunda Hərbi-Dəniz Qüvvələri tərəfindən ölkənin Xəzərdəki suverenliyini təmin etməli olan sualtı radar sisteminin quraşdırılmasının qarşısını almaq idi. Gördüyümüz kimi, Hərbi Prokurorluq həmin əməliyyatı da uğurla başa çatdırdı və nəticədə bu gün Azərbaycan faktiki olaraq Xəzərin ölkəyə məxsus sektorunda suverenliyini tam itirmək üzrədir”.

Ə.Oruclu daha sonra yazır: “Hələ 2013-cü ilin sonunda hərbi prokurorluq və onun rəhbəri tərəfindən başladılan və Şahin Sultanova qarşı açılan saxta cinayət işi mahiyyət etibarilə ağır dövləti cinayətdir və Rusiya tərəfindən sifariş olunub”.

Ərəstun Oruclu bundan başqa mərhum Milli Qəhrəman Mübariz İbrahimovun məlum hadisə ərəfəsində hərbi prokurorluq tərəfindən təhdid olunması haqda da əlində sübutların olmasını açıqlayıb: “Milli Qəhrəman Mübariz İbrahimovun məlum hadisə ərəfəsində hərbi prokurorluq tərəfindən təhdid olunması haqda da əlimizdə sübut-dəlilli məlumat var. Amma bu hadisənin və onun nəticələrinin ümummilli mənəvi-siyasi əhəmiyyətini nəzərə alaraq, mərhum Milli Qəhrəmanın işğalçılarla döyüşdə həlak olmasından həmən sonra bizə təqdim olunmuş sənədi o zaman ictimailəşdirmədiyim kimi, bu gün də bunu etmək fikrində deyiləm. Dövlət və hakimiyyət orqanları üçün maraqlıdırsa, həmin sənədin surətinin vaxtilə bizə ölkənin hərbi əks-kəşfiyyatındakı şəxslərdən biri tərəfindən ötürüldüyünü qeyd edə bilərəm”.(musavat.com)