Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

23 İyul 2018
22 İyul 2018

Digər Xəbərlər

12 İyul 2018 - 00:42

Xorvatiya – İngiltərə qarşılaşması: xorvatlar ingilisləri məğlub etdi –Fransanın rəqibi bilindi

DÇ-2018-in yarımfinal mərhələsində bu gün Xorvatiya – İngiltərə milliləri qarşılaşıblar.

Strateq.az xəbər verir ki, türk hakimi Cüneyit Çakırın idarə etdiyi oyunda komandalar meydana aşağıdakı 11-liklərlə çıxıblar.

Xorvatiya: Subaşiç, Vrsalko, Striniç, Lovren, Vida, Modriç, Rakitiç, Brozoviç, Rebiç, Perişiç, Mandzukiç

İngiltərə: Pikford, Uolker, Stouns, Maquayr, Trippyer, Yanq, Henderson, Linqard, Alli, Sterlinq, Keyn

Oyunun 5-ci dəqiqəsində İngiltərə  Tripperin qolu ilə hesabı açıb: 1-0.

68-ci dəqiqədə isə Pereşiç hesaba tarazlıq gətirib – 1-1

71-ci dəqiqədə Xorvatiyanın daha bir qol fürsəti boşa çıxıb. Top qapı tirindən dönüb.

Bu dəqiqələrdə xorvatlar ingilislərin qapısı önündə təzyiqi artırıblar.

Oyunun əsas vaxtı bərabərliklə bitdiyi üçün hakim oyuna 30 dəqiqə əlavə vaxt verib.

109-cu dəqiqədə Mandzukiç xorvatları önə çıxarıb – 2-1

120-ci dəqiqə bu hesabla bitib. Hakim oyuna daha 4 dəqiqə əlavə edib.  Lakin hesab dəyişməyib və xorvatlar qalib gələrək finalda Fransanın rəqibi olub.