XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

12 İyul 2018 - 16:11

İsrail “Patriot” raket sistemləri ilə Əsədin 3 hərbi bazasını vurdu:"Ümid edirik ki, bundan sonra diqqətli olacaqlar"

İsrail ordusu bu gün Bəşər Əsəd ordusunun Hadar və Çuba rayonlarında yerləşən 3 hərbi bazasına raket zərbələri endirib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail tərəfi bu addımı Əsəd ordusuna məxsus Pilotsuz Uçan Aparatının (PUA) sərhəd rejimini pozması ilə əlaqələndirb.

İsrail Müdafiə Nazirliyi bildirilib ki, Suriyadakı həmin hərbi bazalar “Patriot” raket sistemləri ilə vurulub: “Ümid edirik ki, Əsəd rejimi bundan sonra daha diqqətli davranacaq”.

Nazirlik və qarşı tərəf hələlik dağıntı və ya tələfatlar haqda isə açıqlama verməyib.