XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

12 İyul 2018 - 17:37

“Avropa İttifaqı realist siyasət yürütməyə çalışır» –Zərdüşt Əlizadə "insan haqları arxa plana keçməyib" deyir

İyulun 11-də Brüsseldə Azərbaycanla Avropa Birliyi arasında «Tərəfdaşlıq prioritetləri» sənədi paraflanlanıb.

Avropa Birliyi bildirir ki, Azərbaycanla tərəfdaşlıq prioritetləri üzrə danışıqlar bitib. Bu prioritetlər yaxşı idarəçilik, iqtisadi inkişaf, korrupsiya ilə mübarizə və sairədir. İkitərəfli əməkdaşlıqda insan haqları və demokratiyanın da adı çəkilir, ancaq arxa plana atılmış kimi görünür. Qurum Azərbaycanla tərəfdaşlıqda demokratiyanı dəfn etdimi?

«Aİ-Azərbaycan münasibətlərində insan hüquqları məsələsini dəfn edilmiş və ya arxa plana keçirilmiş hesab etmək olmaz. Hazırki vəziyyətdə .

Bunu politoloq Zərdüşt Əlizadə bildirib. Onun fikrincə, Aİ-də Azərbaycan hökumətinin insan hüquqlarına münasibətini yaxşı bilirlər.

«Bakı insan hüquqlarına yad bir şey kimi baxır, təhlükəli mövzu hesab edir. Aİ bunu dərk edərək Bakı ilə münasibətlər qurur, hələlik alternativ siyasət qurmaq imkanı yoxdur», -Z.Əlizadə vurğulayıb.

O, eyni zamanda, hesab edir ki, Aİ Azərbaycanda insan hüquqları uğrunda mübarizəni dəstəkləməyə çalışır, amma bunun üçün təkcə Aİ-nin istəyi azdır. (Azadlıq.org)