Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

12 İyul 2018 - 17:53

Minsk qrupu XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat yaydı –ATƏT həmsədrlərinin iştirakı ilə görüş razılaşdırılıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla Brüsseldə keçirdikləri görüşə dair bəyanat yayıblar.

APA-nın verdiyi xəbərə görə, bəyanatda Brüssel görüşünün Azərbaycan və Ermənistanda keçirilmiş seçkilərdən sonra ilk yüksək səviyyəli görüş olduğu qeyd edilib.

Bəyanatda bildirilir ki, nazirlər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları və parametrləri müzakirə ediblər. Tərəflər gələcək görüşlər üçün bəzi məsələləri razılaşdırıblar. Nazirlər yaxın zamanlarda yenidən ATƏT həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər.

Həmsədrlər gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq tərəflərə Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həlli üçün dəstək ifadə ediblər.