Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

21 Avqust 2018 - 23:28

70-i haqlayan, 80-ə yol alan Şəmsəddin Əliyev:"XOŞ GÖRDÜK SƏNİ, CAVANLIĞIMIN VARİSİ!"

Şəmsəddin ƏLİYEV

Hüquqşünas

 

“Sənin olmayan ayın günlərini sayma”.
Atalar sözü

 

Gənclik illərindən fərqli olaraq, qocalıq dövrünün başqa cür zövqü-səfası varıymış. Bu illərdə fərdiyyətçiliyin təzahür formalarından olan, əxlaqi keyfiyyət kimi diqqət çəkən eqoist davranışlara xitam verilir, qəlb sakit, necə deyərlər, “öz hayında” çarpışır.

“Qocalıq şənlik deyil” – zərb məsəlinə rəğmən, deyə bilərəm ki, ləyaqətini və şəxsiyyətini ləkələmədən, məhkum olacağın qocalığa zərər vurmadan da yaşamaq mümkündür…

70 il ərzində daha çox keçmişdə buraxdığım səhvlərimi saf-çürük edirəm, haya-küyə getdiyim anlara görə heyfslənirəm, özümü cəmiyyətdə tapa bilməyəndə günahı özümdə, bir az da elə bu cəmiyyətdə axtarıram.

Həmişə məsuliyyətsiz və mənasız həyat sürməkdən qaçmaq istəsəm də, bacarmamışam. Gənclik illərində belə düşünməmişəm.

“Mən azad cəmiyyətin, azad vətəndaşıyam”– düşünüb, hansi səmtə, hansi yana üz tutdumsa, maneələri görmədim. İxtisasıma, bacarıq və qabiliyyətimə, bilik səviyyəmə uyğun iş tələb etdilər. Bacardım və irəlilədim…
Sonra? Sonrasını soruşma, dəyərli Oxucu! Sonra, başım üstə, üzü aşağı yuvarlandım…

Niyəsini də soruşma. Bir günah məndə oldu, bir günah da əhatəsində formalaşdığım cəmiyyətdə… Bəzən güləndə də ürəyim ağrıyardı, sevincdən kədərlənərdim.

Nələrin şahidi olmadım?! İtirdiyim qazandığımdan çox oldu… Bunları da qocalıq illərində təhlil etdim… İndi də bilməyim gec imiş…

Dünyanın zəmisi heç imiş, demə,
Dünyanın gəmisi köç imiş, demə,
Heçimi, köçümü indi bilmişəm,
İndi də bilməyim gec imiş, demə…

Atam 75 yaşında çatanda deyərdi ki, qocalığa dözməyə tab gərək. Yorğun addımların sayı artdıqca, həyat gözdən düşür. Özünə qəsd günah sayılmasaydı və buna görə o dünyada hesab sorulmasaydı, çox adam qocalıqdan bezib, intihara əl atardı. Bunun bir həddi olmalıdır? “Ata, yəqin ki, var…”

Gənclik illərindəki həyatım, sanki, itkin düşdü… 70 ilimin 30 ili polis orqanlarında şərəfli xidmətə peyvənd olundu. O illərin müəyyən vaxtını Vətən savaşında keçirdim… Kaş, müharibəni başa vuraydıq, indiki və gələcək nəsillərə Vətən uğrunda döyüş bir də nəsib olmayaydı… Kaş… kaş… Bu döyüş hələ çox can aparacaq…

Amma bu ixtiyar çağındakı hər kiçik hisslər, giley-güzarla keçən vaxtlarım yaddaşıma, elə bil, mismarla bərkidilib və bir sıra suallar yaradır. Cavabını tapa bilməyəndə, üzülürəm.

Bütün bunlara baxmayaraq, qocalığın özünə xas gözəlliyi varmış. Gözəllikləri, cəmiyyətin dinamik inkişafını, ətrafın qayğısını və gücünü dərk edə bilmək qabiliyyətini saxlayanlar qocalığı hiss etmirlər. Bu mənada, xoşbəxt yaşamaq, səadət dolu günlərin sakini olmaq qocalığı niyyətindən kənara çəkir.

Bəzən sifətdəki təbəssümün yerini də təbii qırışlar zəbt edir. Bu qırışlar kosmetoloji müdaxilə nəticəsində zahirən aradan qalxsa da, batində onu ərsəyə gətirən kök var. Bu qırışlar müdriklik əlaməti, gənclik illərinin canlı təzahürü və canlı şahididir. Məsəl var, deyərlər: “Qocalmaq böyük incəsənətdir”. Gəncliyi qoruya bilmək isə başqa bir incəsənətdir. Həyatın faciəsi ondadır ki, insan tez qocalsa da, gec müdrikləşir. Təəssüf…

Tarix boyu müdrik insanların sayı çox olub, lap çox. Haqqında yazılan və yazılmalı olan müdriklərin sayı isə azdır, lap az.

Anladım ki, itirdiklərimi geri qaytarmaq mümkün deyilmiş. Bu illər ərzində məni istəyən dost və tanışların, qohumların da sayı azaldı. Məni incidən başqa hallar da varıydı. Gənclik illərində “Qazandıqlarımı” xeyriyyəçiyə xas tərzdə paylamışam. Qocalığa məruz qaldığım illərdə “sələmsiz verdiklərim”i heç kimdən ala bilməyəndə, ürəyim rahat durmurdu. Lazım olduğum anlarda yanıma tələsənlər çox olurdu. Ehtiyac duyduğum vaxtlarda isə hamı “məşğul” oldu, mənə vaxt ayıra bilmədilər…

Anladım ki, cəmiyyətdə xeyirxahlıq ərşə çəkilibmiş. Xeyirxahlıq da qocalarmış?!

Mən, ömrümün bu ixtiyar çağında, oğlum və nəvələrimlə bir tavanın altında, mehriban yaşayırıq. Xoş gecələr mənə rahatlıq, açılan xoş səhərlər isə övladlarıma yaşayıram deyə, ümid bəxş edir. İndi onlar üçün yaşayıram…

Bir şeyi də anladım: gənclik illərimi elə yaşamalıydım ki, qocalıqda ötən günləri xatırlayanda, ah çəkməyim. Mahiyyətcə belədir. İnsan ümumi maraq üçün bir işə yaramırsa deməli, yaşamır.

Bəzən gənclik illərində oxuduqlarımı uzun illər ötəndən sonra anlamağa başlamışam.

Qocalıq və qocalar müxtəlif olurmuş. Alman filosofu Fridrix Nitşe nə vaxtsa deyib: “İnsanlar müxtəlif xasiyyətdə və səviyyədə olurlar. Birində ürək tez qocalır, başqasında ağıl. Kimin gəncliyi gec başlayıbsa, o, ağlına görə qocalır”.

Fransız xalqının böyük yazıçısı və filosofu, Nobel mükafatı laureatı Kamyu Alber kimi mən də ətrafımdan və umduğum insanlardan verə biləcəklərindən çox şeyi – dostluqda səmimiliyi və əvəzi ödənilməyən münasibəti, heç nə ummadan verilən vədlərə sədaqəti və ciddiliyi istəmişəm.

İndi isə zaman dəyişib. Onlardan imkanlarının həddindən az tələb etməyi öyrənsəm də, susub yanlarında durmağı xoşlayıram. Qarşılıqlı münasibətə xələl gəlməsin deyə, ehtiyac duyduqlarım barədə onlara bir söz demirəm… Onların mənə qarşı hisslərinə və dostluq xətalarına da Xaliqin neməti kimi baxıram. Möcüzədir, elə deyilmi?!

70 yaşım qocalığımın gəncliyi və gəncliyimin varisidir. Onun pişvazına on bir aydır ki, çıxmışam. Xoş gördük səni, cavanlığımın varisi! Xoş gəldin. 80-cı illərimlə qərəzin yoxdursa, tut əlimdən, birlikdə gedək səksənə sarı. Səninlə ürəkli olaram… Birdən 8-ci onluq məni qəbul etmədi?…

70 il ərzində bircə an da olsa, gəncliyimi unutmadım. Onunla yaşadım… Onun sorağındayam… Qocaldıqca tez-tez gəncliyimi düşünürəm. Geriyə dönməyə şans yox. Qocalıq “ov”unu hələ heç kimə güzəştə getməyib. “Bu da Anakondanın başqa növüdür” – deyərdim.

Bəzən saçın da ağarması yalançı olur. Zahiri görünüş qocalığa dəlalət etməz. Ruhun cavandırsa, mənən də cavansan.
Qədim Yunan filosofu Siseron yazıb ki, işsizlik və tənbəllik qədər qocalığı sürətləndirən zəruri amillər yoxdur. Doğrudan da belədir. Qocalığı doğuran amillərin hər biri işsizlikdən və tənbəllikdən başlayır. Həzər o gündən.

Nə vaxtsa Leonardo da Vinçidən oxumuşdum: “Gəncliyində elə davran və elə hərəkət et ki, qocalığın azuqəsiz qalmasın. Başa düşməlisən ki, qocalığın azuqəsi müdriklikdir. Bunu isə gənclik illərində qazanmaq mümkündür. Əks təqdirdə, bihudə keçirdiyin gənclik illəri qocalığına ciddi ziyan vura bilər. Ziyanı ödəməksə çox çətindir”.

Necə deyərlər, gənclikdə nə əkəcəksənsə, onu da qocalıqda biçməli olacaqsan. Hikmətə baxın: gəncliyində səpilən toxum qocalıqda bitərmiş. Nə bitəcəyini də Allah bilir.

Sonda: Bədənin zamanın zərbələrindən zəifləyən, əllərin və ayaqların taqətdən düşdüyü bir vaxtda ağıl və yaddaş da korşalır, dil tutulur. Nə dediyin anlaşılmır… Keçmişinə qənim kəsilən qocalıq belə gəlir… Sərəncamında olmayan ayın günlərini saymağın nə mənası? Geriyə baxanda illər üstümə qar kimi tökülür. Yaddaşım köməyimə gəlir, o xoşbəxt anları yaşamalı oluram…

Uşaqlıqdan yorulub böyüməyə tələsdim. Böyüyüb uşaqlıq-şıltaqlıq illərimə qayıtmaq istədim. Güzəranım yaxşı keçsin deyə, çox çalışdım, sağlamlığımı və vaxtımı itirdim. Sonra qazandıqlarım sağlamlığımı bərpa etməyə və ötən günlərimi qaytarmağa yaramadı. Həyəcanla gələcəyim haqda düşünməyə başladım. Ayılanda, çox şeyin arxada qaldığını görəndə “Ah!” – dedim. Elə bilirdim ki, hər şey ötdüyü kimi, qocalıq da keçib gedəcək…

Allahdan səksənə möhlət almaq arzusu ilə…

 

Redaksiyadan: “STRATEQ.AZ” saytının kollektivi zəngin həyat və peşə təcrübəsini həm də tez-tez qələmə aldığı hüquqi mövzulardakı yazılarıyla oxucularımızla bölüşən dəyərli ziyalımız Şəmsəddin Əliyevi 70 yaşının tamam olması münasibətilə səmimiyyətlə təbrik edir, ona ömrünün 80-ci zirvəsini də beləcə sağlam can, böyük ruh yüksəkliyi və əzmkarlıqla, həm də tükənməz yaradıcılıq şövqüylə fəth etməsini arzulayır!