XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 14:07

Putin:"Skipralları zəhərləyənləri tapmışıq"

“Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsi işi üzrə şübhəli şəxslər Rusiya hökumətinə məlumdur”.

Bu barədə Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, bunlar mülki şəxslərdir. Dövlət başçısı onları ortaya çıxmağa və KİV ilə ünsiyyət qurmağa çağırıb.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey S.Skripal və qızının zəhərlənməsində rəsmən Rusiyanı ittiham edib. Onun sözlərinə görə, əməliyyat, çox güman, Kreml tərəfindən razılaşdırılıb.(“Report”)