XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 16:24

Avropa İttifaqı 34 milyon avro ayırıb- Təbii fəlakətlərlə üzləşən ölkələrə

Avropa İttifaqı təbii fəlakətlərlə üzləşən ölkələrə yardım məqsədilə Avropanın Həmrəylik Fondundan 34 milyon avro ayrılması barədə qərar qəbul edib.

Azərtac xəbər verir ki, siyahıda Yunanıstan, Polşa, Litva və Bolqarıstan var. Litva su şəbəkəsinin və idarəetmə infrastrukturunun bərpası üçün 16 milyon 918 min avro, Polşa üç rayonuna qasırğaların vurduğu zərəri aradan qaldırmaq üçün 12 milyon 279 min avro, Bolqarıstan Burqas şəhərində daşqınların törətdiyi dağıntıları bərpa etmək üçün 2 milyon 558 min avro, Yunanıstan isə 2017-ci ildə zəlzələnin Kos adasına vurduğu ziyana görə 2 milyon 535 min avro alacaq.