Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

12 Sentyabr 2018 - 23:56

Azərbaycana 9, Gürcüstana 141 ölkədən vizasız gəlirlər –Dünya Turizim Təşkilatından maraqlı hesabat

Dünya Turizm Təşkilatının hesabatına görə, keçən il qonşu Gürcüstana 3 milyon yarım, Azərbaycana isə 2 milyon yarım xarici turist gəlib. Yəni, faktiki olaraq Gürcüstan Azərbaycanadan bir milyon çox turist qəbul edib.

Hər iki ölkəyə səfər etmiş macar turizm bloqqeri Tamas Kassay Gürcüstanı turistlərə daha cəlbedici edən bir neçə səbəb gətirir. Onun dediyinə görə səbəblərdən birincisi bu ölkəyə viza rejiminin Azərbaycandan daha sadə olmasıdır:

“Şengen zonasından Gürcüstana vizasız getmək mümkündür. Sadəcə, pasportunu cibinə qoyub gedirsən. Azərbaycana səfər etmək isə daha mürəkkəbdir. İndi düzdür, vizanı onlayn alırsan, amma yenə də viza tələb olunur. Mən turistlər arasında müzakirələri görürəm. Bircə mənfi şərh turistlər arasında yayılır və ölkə turist itirir”.

Hazırda 141 ölkənin vətəndaşı Gürcüstana vizasız gedə bilir. Azərbaycana isə cəmi 9 ölkənin vətəndaşının vizasız səfərinə icazə verilir.

Vizasını almağa müvəffəq olub, Azərbaycana gəlib çıxa bilən turistlər isə ölkədən məmnun görünürlər. Onlardan biri belə deyir:

“Mənim təəssüratım belədir ki, Azərbaycan çox qədim və özünəməxsus ölkədir. Üstəlik, burda qiymətlər də münasibdir. Mən Dubayda, Londonda, Türkiyənin başqa şəhərlərində də olmuşam, qiymətlər burda yüksək deyil. İki dostum burda olmuşdu, onlar mənə məsləhət gördülər ki, Orta Asiya səfərimin tərkibində bura da gəlim. Ucuz, təmiz şəhərdir. Dublindən ucuzdur. Qazaxıstandan fərqli olaraq burda kiril əlifbasını öyrənməyə ehtiyac yoxdur”.

Turizm bloqqeri Tamas Kassay həmçinin deyir ki, Gürcüstan hökuməti internetdə sosial şəbəkələrdə öz işini daha cəlbedici görür, bu iki ölkənin turizm səhifələri heç müqayisəyə də gəlmir. Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq Gürcüstanda, xidmət sahəsində daha çox adam ingiliscə danışır, bu da turist üçün cəlbedicidir.

Müxalifətdəki ReAl Partiyasının icra katibi Natiq Cəfərli deyir ki, hakimiyyət bilərəkdən vizanı belə mürəkkəb edir, çünki sərhədlər açıldıqca, azadlıqlar da artmalıdır, hakimiyyət bunu istəmir. Hakimiyyət rəsmiləri isə ölkədə bütün azadlıqların təmin olunduğunu deyirlər.

Dünya Turizm Agentliyinin məlumatında deyilir ki, turistlər keçən il, Azərbaycanda 3 milyard dollar civarında pul xərcləyiblər. Di gəl ki, məsələn, dünyanın ən məşhur turist məkanlarından sayılan Çexiya Respublikasında turistlər 7 milyard dollara qədər pul xərcləyiblər. Real partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, Çexiya ilə Azərbaycanın rəqəmlərini müqayisə edəndə, Azərbaycanın bu statistikası şübhə doğurur:

“Azərbaycan vətəndaşları özləri də otellərdə, xüsusilə də, şimal rayonlarında qalırlar. Bu otel xərclərinin də sırf turizmdən gələn gəlir kimi və xarici turizmdən gələn gəlir kimi qeyd olunması doğru deyil. Odur ki, o statistik məlumatlarda problemin olduğunu düşünürəm”.

Bəs bu deyilənlərə Dövlət Turizm Agentliyinin cavabı nədir? Agentliyə sorğu göndərsək də gün ərzində cavab ala bilmədik.

Rəsmi rəqəmlərə görə, keçən il, Azərbaycana ən çox Rusiyadan turist gəlib, xarici qonaqların hər 3 nəfərindən biri Rusiyadan olub. Gürcüstandan gələnlər 11 faizlə ikinci yerdədir.

İqtisadçı Natiq Cəfərli deyir ki, hökumət hər sərhədi keçənə turist deyir, halbuki, Dünya Turizm Təşkilatının məlumatına görə, turist 24 saatdan çox ölkədə qalan, xidmətlərdən istifadə edəndir. Natiq Cəfərli deyir ki, böyük ehtimalla hökumət Gürcüstanda, Rusiyada yaşayan, bu ölkələrin vətəndaşı olan azərbaycanlıları da turist kimi qeydə alır. Onun sözlərinə görə, turistlərin 30 faizi Rusiyadan olsaydı, məsələn, Bakıda ruslar daha çox gözə dəyərdi, ərəblər yox.

2014-cü ilin sonundan, neft ucuzlaşmağa başlayandan sonra, Azərbaycan rəsmiləri, turizmi priorotet sahələrdən hesab edir. Buna baxmayaraq Azərbaycan turist üçün Gürcüstandan daha cəlbedici ölkə ola bilməyib.

(Azadlıq radiosu)