XƏBƏR LENTİ

23 Oktyabr 2018

Digər Xəbərlər

11 Oktyabr 2018 - 13:47

Lukaşenko rus səfirə belə dedi:"Belarusun Rusiyaya birləşdiriləcəyindən danışmaq məni güldürür"

“Bu dəqiqdir, sən də bilirsən, Belarus suveren və müstəqil ölkədir”.

Bunu Rusiyanın Belarusa təyin edilmiş yeni səfiri Mixail Babiçi qəbul edən Prezident Aleksandr Lukaşenko deyib.

Belarus prezidenti ölkəsinin Rusiyaya birləşdirilməsi ehtimalından danışıb:

“Sözün açığını desəm, xalqımızın istəyi ilə müstəqil ölkə olduq. Rusiyanın həmin dönəm rəhbərliyi isə bunun əksini fikirləşirdi, Rusiyanın hegemoniyasını qorumağa çalışırdı.

İyirmi birinci əsrdə Belarusun Rusiyaya birləşdiriləcəyindən danışmaq məni güldürür. Bu haqda yazırlar. Lakin bunu Rusiyanın hazırkı prezidentindən eşitməmişəm”.

Qeyd edək ki, son günlərdə Rusiya KİV-də Belarusun Rusiyaya birləşdiriləcəyi ilə bağlı silsilə məlumatlar yayılır/Teleqraf.com.