XƏBƏR LENTİ

22 Oktyabr 2018
21 Oktyabr 2018
20 Oktyabr 2018

Digər Xəbərlər

12 Oktyabr 2018 - 17:01

Trampın müşaviri Azərbaycana səfərindən yazdı:"Təhlükəsizlik məsələləri üzrə Amerikanın maraqlarını təşviq edəcəyəm”

Birləşmiş Ştatlar Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Azərbaycana gəlir.

Strateq.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb. “Oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyəm. Həmkarlarım və digər yüksəkçinli rəsmilərlə görüşərək bir sıra təhlükəsizlik məsələləri üzrə Amerikanın maraqlarını təşviq edəcəyəm”, – Bolton yazıb.

John Bolton bu ilin martında Donald Trump-ın milli təhlükəsizlik müşaviri elan olunub.

George W. Bush-un administrasiyasında silahlara nəzarətə rəhbərlik edən Bolton 2003-cü ildə İraqa müdaxilənin hərəkətverici qüvvəsi olub. Bolton da Trump kimi ABŞ-ın İranla 2015-ci il nüvə sazişindən çıxmasına tərəfdar idi və Trump mayda həmin sazişdən çıxdığını elan elədi.