XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 11:06

Ziya Məmmədovun qohumunun marşrut xətti başqa şirkətə verildi –BNA-dan qərar

Bakının Binə qəsəbəsində ağır qəza ilə yadda qalan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Strateq.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.

Bildirilib ki, BNA İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib: “Noyabrın 11-dən bu şirkət sərnişinlərə yeni avtobuslarla xidmət göstərəcək”.

Yeri gəlmişkən, onu da qeyd edək ki, “Ayşən LTD”nin sahibinin sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumu olduğu haqda mətbuatda təkzib olunmayan xəbərlər yayılıb.