XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 11:47

Ermənistanın Moskvadakı səfirindən Boltona cavab:"Ermənistan üçün Rusiya ilə strateji münasibətlər toxunulmazdır..."

“Tarixi yaddaşa hörmət edərək yeni Ermənistan qururuq. Bizim xarici siyasətimizdə ölkəmizi geosiyasi döyüşlərin və ya geosiyasi rəqabətin arenasına çevirmək barədə heç bir göstəriş yoxdur”.

Bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan deyib.

Erməni diplomat ABŞ Prezidentinin müşaviri Con Boltonun “Ermənistan tarixi ənənədən imtina etməlidir” fikrini şərh edib:

“ABŞ prezidentinin müşavirinin nə dediyini başa düşmürük. Bütün millətlər kimi ermənilər də reallığın tarixi hissəsində öz gələcəyini qurub. Mənim fikrimcə, tarixə hörmət etmək lazımdır. Buna baxmayaraq, uzun müsahibəsində cənab Bolton Ermənistan-Türkiyə sərhədinin açılması ehtimalı haqqında danışdı, güman ki, Ermənistan-Türkiyə münasibətləri ilə əlaqədar fikirlərini tarixi keçmişə əsaslandırır.

Rusiyalılarla əlaqələrimizdən danışarkən, nəzərə almaq lazımdır ki, bizim ortaq keçmişə bağlı olan bir neçə əsrlik mənəvi və mədəni əlaqələr tariximiz var. Strateji tərəfdaşlıq səviyyəsindəki hərbi-siyasi, mənəvi və mədəni sahələrdəki əlaqələrimizi də nəzərə alsaq, bizim qurduğumuz xarici siyasətin istiqamətini görmək o qədər də çətin olmamalıdır”.

Vardan Toqanyan Ermənistanın xarici siyasət istiqamətində Rusiyanın yerini dəyişdirməyəcəyini vurğulayıb və əlavə edib ki, Ermənistan üçün Rusiya ilə strateji münasibətlər toxunulmazdır/Teleqraf.com.