XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 16:09

İspaniyanın Baş nazirinə sui-qəsd cəhdi olub –63 yaşlı Barselona sakini tutulub

İspaniyanın Baş naziri Pedro Sançesə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

Bu barədə İspaniya polisindən bildiriblər.

Polisin məlumatına görə, İspaniyanın Kataloniya Muxtar Əyalətinin mərkəzi Barselona şəhərinin sakini olan 63 yaşlı kişi bu ilin sentyabrında tutulub.

Sui-qəsd törətməyi planlaşdıran həmin şəxsin ağır silaha da sahib olduğu vurğulanıb.