XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 21:46

İranın neft nazirindən proqnoz:"Neftin qiyməti yaxın zamanda qalxacaq"

“ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində neft qiymətləri yaxın zamanda artacaq”.

TASS xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zəngənə bildirib.

Nazir bahalaşmanın dünya bazarında neft təklifinin azalması nəticəsində labüd olacağını diqqətə çatdırıb: “Təbii olaraq, ən yaxın zamanlarda neft qiymətlərinin artmasına şahidlik edəcəyik”.

Onun sözlərinə görə, ABŞ hökuməti seçki ərəfəsində öz ehtiyatlarından bazara əlavə neft çıxararaq neft və benzin qiymətlərini süni olaraq azaldıb: “Əfsuslar olsun ki, yaxın aylar neft idxalatçıları üçün çətin dövr olacaq”.

Report