XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

20 Noyabr 2018 - 15:55

Azərbaycanda terrora cəhd edən erməni diversant… –Biznesmen məhkəmədə ifadə verdi + VİDEO

Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Strateq.az “Report”a istinadən xəbər verir ki, prosesə hakim Kəramət Əliyev sədrlik edir.

Məhkəmə iclasında zərərçəkmiş Hadiyev Nazim Teymur oğlu tutulan şəxsi tanımadığını bildirib: “Mən onu tanımıram. Sonradan eşitdim ki, hazırda sahibi olduğum bazarda partlayış etmək istəyib. Bu bazar sovet dövründə Qazax rayonunda mərkəzi bazar kimi fəaliyyət göstərib. Hazırda orada 44 obyekt var və hər gün səhər saat 05.00-dan 18.00-a qədər fəaliyyət göstərir. Mərkəzi küçədə olan bazarda 250 nəfərə yaxın şəxs satışla məşğuldur. Oraya gündəlik 1000 nəfərdən çox alıcı gəlir. Əgər orda terror aktı törədilsəydi, xeyli sayda insan həlak olar, külli miqdarda maddi ziyan da dəyərdi. Ona görə xahiş edirəm bu terorçuya lazımı cəzanı verərdiniz”.

N.Hadiyev dindirmə zamanı onu da bildirib ki, həmin bazara sovetlər dövründə ermənilərin çox gəldiyi məkanlardan olub: “Onlar oranı yaxşı tanıdıqlarından partlayış törətmək üçün əlverişli məkan sayıblar”.

Kazaryan Karenin vəkili Eldar Əbilov zərərçəkmişə sualla müraciət edərək ona nə zərər dəydiyini soruşub.

Zərərçəkmiş şəxs isə bildirib ki, əgər partlayış hadisəsi olardısa, ona böyük ziyan dəyər dəyəcəkdi.

Dindirilən Kazaryan Karen Armeni zərərçəkmiş şəxsi tanımadığını bildirib.

Qeyd edək ki, məhkəmə iclası noyabrın 27-də davam etdiriləcək.

Xatırladaq ki, erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) – 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) – 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) – 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) – 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) – 318.2 təqsirli bilinir.