XƏBƏR LENTİ

18 Dekabr 2018
17 Dekabr 2018

Digər Xəbərlər

06 Dekabr 2018 - 19:03

 Səudiyyəli nazir Trampla bağlı suala belə cavab verdi:"Neft hasilatını azaltmaq üçün mənə kiminsə icazəsi lazım deyil"

 “Neft hasilatını azaltmaq üçün mənə kiminsə icazəsi lazım deyil”.

“RİA Novosti” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fəlih ABŞ Prezidenti Donald Trampdan neft hasilatını azaltmaqla bağlı icazə alıb-almadıqlarına dair sualı cavablandırarkən deyib.

“Daha əvvəl dediyim kimi, Prezident Tramp ABŞ istehlakçılarının mənafeyi üçün danışır. ABŞ dünyada ən iri neft istehlakçısı olduğuna görə bu ölkə də neft bazarının 20 faizi üçün çox haqlı olaraq narahatlıq keçirir. Belə ki, enerji daşıyıcılarının qiyməti ABŞ iqtisadiyyatına təsir edir. Son vaxtlar enerji sektorunun Fransaya təsirinin şahidi olduq, neft qiymətləri, valyuta məzənnələri, dünya iqtisadi artımının yavaşlaması kimi amillərin inkişafda olan ölkələrə təsirini gördük”, – deyən nazirin sözlərinə görə, OPEC+ iştirakçısı ölkələrinin həll etdiyi məsələlər dünya iqtisadiyyatı üçün də, ayrı-ayrı ölkələr üçün də təsirsiz ötüşə bilməz.

Xatırladaq ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclasında təşkilata 2019-cu ilin birinci yarısı üçün hasilatı azaltmağı tövsiyə edilib. Həmin məsələ bu gün – dekabrın 6-da keçirilən OPEC konfransının, 7-də isə OPEC+ ölkələrinin görüşünün gündəmindədir/Report.