XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

06 Dekabr 2018 - 19:26

OPEC hasilatı azaltmağa razılaşdı –Kartel ölkələri Rusiyadan cavab gözləyir

Vyanada keçirilən OPEC görüşündə neftin hasilatını azaltmaq barədə ilkin razılaşma əldə olunub. Amma ixtisarın həcmi barədə qərar qəbul olunmayıb.

Kartel üzvləri təşkilata daxil olmayan Rusiya kimi iri neft ixracatçılarının reaksiyasını gözləyirlər.

Oktyabr ayından bəri neft bazarlarında təqribən 30 faizlik ucuzlaşma müşahidə olunur.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump neft qiymətlərinin aşağı səviyyədə qalması üçün OPEC ölkələrini hasilatı ixtisar etməməyə səsləyib. Səudiyyənin energetika naziri yekun qərarın cümə günü gözləndiyini deyib. (BBC Azərbaycanca)