XƏBƏR LENTİ

21 Yanvar 2019
20 Yanvar 2019

Digər Xəbərlər

07 Yanvar 2019 - 19:58

Rüstəm İbrahimbəyov Prezidentə müraciət etdi:“Bizim gələcəyimizi məhv edirlər...”  

Tanınmış kinorejissor  Rüstəm İbrahimbəyov həbsdə olan bloqçu Mehman Hüseynovla əlaqədar yaranmış vəziyyətlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Strateq.az bildirir ki, o, bu barədə özünün sosial şəbəkədəki səhifəsində yazıb: “Nə etməli? Bundan sonra necə yaşamalı? Əgər adamın gözlərinin qarşısında bir gənci vicdanlı, düzgün və ləyaqətli olduğuna görə ölümə sürükləyirlərsə, səksən yaşlı Əkrəm Əylisliyə qarşı sayıqlama cinayət işi qaldırırlarsa, deməli, bizim keçmişimizlə haqq-hesab çəkirlər. Mehman Hüseynovu ölümə sürükləyirlərsə, demək ki, bizim gələcəyimizi məhv edirlər”.

Daha sonra R.İbrahimbəyov yazıb ki, artıq proses geridönməz xarakter alır: “Mən Azərbaycan prezidentinə müraciət edərək, haqq-hesab maşınını durdurmağa çağırıram. Uşaqlarımızın gələcəkdə normal həyat yaşaya bilməsi üçün bu gün ən yaxşıları məhv etməməliyik. Bir əsr öncə bütün Şərq üçün azadlıq və ədalət nümunəsi olan ölkədə özünü bizim dövlətçiliyin əsasını dağıdan korrupsiyaya qarşı mübarizəyə həsr etmiş gəncin məhv edilməsi yolverilməzdir”.