XƏBƏR LENTİ

26 İyun 2019
25 İyun 2019

Digər Xəbərlər

10 Yanvar 2019 - 22:13

Nazirliyin 3 vəzifəli əməkdaşı həbs edildi –Rüşvət iddiası ilə

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Cəlilabad rayon Məşğulluq Mərkəzinin üç əməkdaşı korrupsiya faktına görə saxlanılıb.

Strateq.az Vitualaz.org-a istinadən xəbər verir ki, mərkəzin direktoru Mehdi Abbasov, baş mühasibi Hafiz Məmmədov və aparıcı mütəxəssisi Ziya Muradov özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran 60 nəfərə yaxın vətəndaşa mal və materialların verilməsi üçün hərəsindən 1500-2000 manat rüşvət almaqda şübhəli bilinirlər.

Faktala bağlı cinayət işi qaldırılaraq araşdırma aparılır.