XƏBƏR LENTİ

18 Yanvar 2019
17 Yanvar 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 00:49

Gürcüstan prezidenti maaşından imtina etdi:"Ümid edirəm ki, məndən sonra digərləri də bu addımı atacaq"

Gürcüstan Prezidenti Salome Zurabişvili əməkhaqqından imtina edib.

Bu barədə o,  keçirdiyi mətbuat konfransında bildirib.

Prezident Fransadan təqaüd aldığını və maaşını xüsusi fonda köçürəcəyini deyib:

“Prezident Fondu ləğv olunduğundan xeyriyyəçiliyə dəstək verilməlidir. Prezident bu cür təşəbbüslərin bir növ himayəçisi olmalıdır. Buna görə də qərara aldım ki, mənim himayəm altında və ictimai şəxslərin köməyi ilə fond yaradılsın.

İlk növbədə, mən əməkhaqqımı həmin Fonda köçürəcəyəm. Ümid edirəm ki, məndən sonra digərləri də bu addımı atacaq”.

Teleqraf.com