XƏBƏR LENTİ

18 Yanvar 2019
17 Yanvar 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 23:20

84 min “sarı jiletli” Fransanın küçələrində –200-dən çox adam saxlanıldı

Fransanın müxtəlif şəhərlərində “sarı jiletlilər”in keçirdiyi aksiyada saxlanılanların sayı 240 nəfərə çatıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, onlardan 200 nəfəri həbs edilib. Qeyd olunur ki, nümayişlərdə ümumilikdə 84 min nəfər iştirak edir.

Qeyd edək ki, bu gün “sarı jiletlilər” Fransa şəhərlərinin küçələrində 9-cu dəfə küçələrə çıxıblar.