XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

26 Yanvar 2019 - 21:05

İmadəddin Nəsiminin məzarından ən yeni görüntülər –Eksklüziv

Strateq.az Azərbaycan şairi İmadəddin Nəsiminin məzarının ən yeni görüntülərini əldə edib.

Eksklüziv fotoşəkillər Suriya Ərəb Respublikası Mədəniyyət Nazirliyi yanında Qədim Abidələr və Muzeylər Baş Direktorluğunun əməkdaşları tərəfindən 2017-ci ilin yanvarında çəkilib.

Fotolardan göründüyü kimi, İmadəddin Nəsiminin Hələb şəhərinin Fərfərah məhəlləsində yerləşən ziyarətgahı ciddi dağıntıya məruz qalıb, təkyənin içindəki qəbir dağıdılıb.

Hələb şəhəri uzun müddət terrorçuların nəzarətində olub və şəhərin hökumət qüvvələri tərəfindən geri alınması uzun müddətli hərbi əməliyyat nəticəsində baş tutub. Ehtimallara əsasən, bir çox digər tarixi abidələr kimi, Nəsiminin ziyarətgahı da həmin dövrdə xarabalığa çevrilib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan edib. O, bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib.

1973-cü ildə UNESCO-nun təşəbbüsü ilə “Nəsimi ili” keçirilib.

1989-cu ildə Azərbaycan hökuməti Hələb şəhərinə Nəsiminin büstünü və divanını hədiyyə edib.

Əziz Rzazadə